“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” kimlərin başında çatladı?
Referendum ərəfəsində müxalifət düşərgəsində bəzi şəxslərin şəxsi təşəbbüsü ilə yaradılmış olan "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" təşviqat qruplarının sonradan blok kimi qələmə verilməsi müxalifət düşərgədəki qeyri-sabitliyi bir qədər də pozmuş oldu.
Uzun müddət öz aralarında sadə bir problemi həll etməkdə çətinlik çəkən müxalifət yetkililəri bələdiyyə seçkilərinin vaxtının azaldığını görərək, daha böyük "arzularına çatacaqlarını" bildirilər. Başlarından böyük danışmaqla guya nəyəsə nail olacaqlarına əmin olan bu uğursuzlar yeni fikirlər söyləməklə, bu dəfə istəklərinə çatacaqlarını bildirirlər. Lakin bütün olub-keçənlər isə müxalifətin yenidən formalaşdırılmasının zəruriliyini ortaya qoyur. Ancaq bu da aydındır ki, az qala şəxsi problemlərinə görə, bir-birlərini öldürməyə belə hazır olanların birlikdən danışması, sadəcə, ikrah doğurur. Digər bir tərəfdən isə, onlar özlərinə sual vermirlər ki, "biz indiyə qədər bir məsələdə konkret ortaq məxrəcə gələ bilməmişik. Qaldı böyük işlərdən danışmağa?" Ona görə də, müxalif düşərgədə olanlardan və olacaqlardan bir şeyi gözləmək olar ki, bunlar axırda bir-birinin ətini yeyəcəklər. Çünki 16 ildir ki, hələ də öz aralarında mövcud konfliktə son qoya bilməyən müxalifətçilərin sonu ancaq bu cür ola bilər.
Maraqlı bir məqam isə, ondan ibarətdir ki, müxalifət düşərgəsinə xarici donor təşkilatlardan daxil olan vəsait kəsildiyi üçün onların da səsi kəsilib. Həmin təşkilatların ayırdıqları pulların müqabilində hay-küy salmağa çalışan müxalifət "badbaxtları" indi əlləri dizində oturub dünyada baş verən qlobal maliyyə böhranının sonunu gözləyirlər. Çünki bir sıra donor təşkilatlar məhz bu böhran nəticəsində tamam iflic olublar. Yoxsa Müsavat başqanı İsa Qəmbərov həftə səkkiz - mən doqquz xaricdə idi. İndi oralardan əli-ayağı kəsilən Müsavat şefi boş və gərəksiz başını girlətmək üçün yer və məkan axtarır. Amma bu cür çox iyrənc işlərin müəllifi olduğu üçün onun belə boş-boşuna qalması çox pisdir. Çünki bu "adam" boş qalanda pişik balasını istədiyindən yediyi kimi, o da öz partiya yoldaşlarını "yeməyə" başlayır. Misal kimi xuliqanlıq maddəsi ilə məsuliyyətə cəlb edilmiş Adnan Hacızadə ilə Emin Abdullayevin məsələsini öz ampulasında böyüdən İ.Qəmbərov buradan özü üçün bir fiqur çıxarmağa çalışırdı. Amma nədənsə onun bu işi bir o qədər də uzun çəkmədi. Bir məqamı da qeyd etmək lazımdır ki, müxalifət düşərgəsində isaların, əlilərin, eldarların və digərlərinin olması erası bitməyincə, buradan normal bir fəaliyyət gözləmək çox gülünc görünər. Nəyəsə görə, müxalifət düşərgəsində bu şəxslərin bu günə qədər qalmaları bir çoxlarına sərf etsə də, bir çoxları üçün başağrısından başqa bir şey deyil.
Müsavatın icra aparatının rəhbəri Arif Hacıyev də indi daha çox pafoslu danışmaqla özünü kimlərəsə göstərməyə çalışır. "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" ətrafında birləşməyin vacibliyini öz "qaydaları" çərçivəsində izah etməyə çalışan A.Hacıyev müxalifət düşərgəsində və müxalifətçilər arasında heç nə olmamış kimi danışır. Onun bu iştahaya düşməsi isə həmin təşkilatlara özünü "lider" kimi sırımağa cəhd kimi qiymətləndirilir. Özündən əvvəlkilərin məhz bu yolla lider olduqlarını görə-görə görücü olan A.Hacıyev "Lalə Hacıyevadan və İ.Qəmbərovdan nəyim əskikdir" deyərək əl-ayağa düşüb. A.Hacıyevin bu iddiasının uzun sürəcəyi heç də düşündüyü kimi görünmür. Sadəcə olaraq, onlar mövcud şəraitdən və imkanlardan yararlanaraq, guya "hələ də varıq" prinsipini əsas tutmağa çalışır. Amma əsil həqiqət onun dediyi və arzuladığı kimi deyil. İndi həmin təşkilata qoşulmayanların qarşısına sərt tapşırıqlar qoyulsa da, AXCP (i) sədri Əli Kərimov həmişəki qaydada A.Hacıyevin iddiasını da cavabsız qoymayıb. Öz maraqlarını həmişə üstün tutan Ə.Kərimov A.Hacıyev kimilərinin ağızda dediklərinin elə ağızda da qaldığını da dilə gətirib. A.Hacıyev isə onun dediklərinə elə də əhəmiyyət verməyərək, bu dəfə daha sərt qaydaların işlədiləcəyindən xəbər verib. Müsavat icra aparatının rəhbəri hansısa partiyanın bu təşkilata buraxılmayacağı təqdirdə, həmin qurumların taleyinin şübhə altında olacağını da qeyd edib. Ona görə də, bələdiyyə seçkiləri ərəfəsi müxalifət düşərgəsində daha ilginc olayların olması gözlənilir.