PDF Oxu

Müxalifət

  • 16

Əli Kərimovun ətrafı boş qalıb

Əli Kərimovun ətrafı boş qalıb
Bir neçə aydır ki, müxalifət düşərgəsində bir çox siyasi partiyalar tamamilə öz istiqamət trayektoriyalarını itirmək məcburiyyətində qalıblar. Əksəriyyəti üzdə öz mövcudluğunu saxlamağa çalışsa da, yerdə qalan müxalif qurumlar nə edəcəklərini anlamaqda çətinlik çəkirlər. Düşərgədə mövcud davranış metodları, bir sıra partiya rəhbərlərinin qeyri-ciddi hərəkətləri və daha çox şəxsi prinsiplərin önə çəkilməsi məhz bu cür şəraitin yaranmasına səbəb olub.
Ona görə də, düşərgədə bir dənə də normal fəaliyyət göstərən partiyaya rast gəlmək mümkün olmayıb. 16 ildən artıq bir zaman kəsiyində Azərbaycan cəmiyyəti ölkə müxalifətindən bir xeyir görməyibsə, əksinə, xalqın adından öz mənafeləri naminə bəyanatlar yayıblarsa, o zaman bunların nə üzlə indiyə qədər fəaliyyət göstərmələri sual doğurur. Sadəcə olaraq, bir məntiqi başa düşmək lazımdır ki, abır-həyadan tamamilə əlini üzmüş müxalifət liderləri nə iyrənc əməl olur-olsun, onu etməyə hazırdırlar. Təki onların maraqları təmin edilsin. Düşərgədə də məhz bu cür tiplərin sayca çoxluq təşkil etmələri məsələni daha da qəlizləşdirir. Çünki indiyə qədər müxalifətçilər ararsından bir ağıllı adam çıxıb onlara yol göstərməyib ki, "sizin yolunuz budur". Elə başsız-böyüksüz hərə ağzına gələni danışır və ağlına gələni düşünür deyə müxalifət düşərgəsində ağız deyəni qulaq eşitmir. Əgər belə olsaydı, yaşca fərqlənən müxalifət liderlərinə özlərindən kiçiklər həqarət etməzdi. Düşərgənin ən ağrılı yeri olan partiyalardan və partiya sədrlərindən biri olan, yuxarıda sadaladığımız prinsipləri özündə ehtiva edən AXCP (i) sədri Əli Kərimov da belələrindəndir. Bu şəxs müxalifətə gəldiyi gündən qara piara başlayıb. Özündən başqa heç kimi bəyənməyən və əslində, öz gözündəki çöpü belə görmək istəməyən Ə.Kərimov nə olur-olsun düşərgədə hamının ona təzim etməsini arzulayır. Dəfələrlə müxalifət düşərgəsində ona qarşı proseslər aparılsa da yenə də Ə.Kərimov məharətlə bu situasiyalarda ortadan çıxa bilib. Onun belə bacarığının olması bir çox hallarda köməyinə gəlsə də, öz partiyasını və tərəfdaşlarını ətrafında saxlamaq baxımından köməksiz qaldı.
Düşərgənin ögeyləşmiş və yaltaqçılıq və ikiüzlülük məsələlərində tam olaraq liderlik funksiyasını öz üzərinə götürmüş Ə.Kərimov nədənsə partiyasında baş verənlərdən hali olmaq istəmir. Çünki ona, sadəcə olaraq, partiya sədri olmaq formal lazımdır. Bu şəxs Avropadan gələn Conun qabağına qaçır ki, ona ianə versinlər. Ə.Kərimova nə desələr edəcək. Bu Conların insafı kəsilsin, onlar pul verib elə təkliflər və şərtlərlə əlini yükləyirlər ki, "kişi" bundan sonra özünə gələ bilmir. İndi isə onun bir siyasətçi kimi öz mövqelərini itirməsi təhlükəsi yaranıb. bir müddət öncə AXCP (i) ali məclisinin sədri Qulamhüseyn Əlibəyli istefa verib özü üçün partiya yaratmışdısa, onun ardınca AXCP (i)-nin sədri müavini Fuad Mustafayev də qurumda təmsil olunmaqdan imtina etdi. Bu isə AXCP (i) üçün son istefa ərizəsi olmadı. Artıq ətrafında heç kəsin qalmadığını müəyyən edən AXCP (i)-nin digər sədr müavini Nəriman Qasımoğlu, partiyanın idarə heyətinin yerdə qalmış üzvləri Akif İslamzadə və Zöhrab İsmayılda buradan imtina etmək barəsində qarar verdi. Ona görə də, hal-hazırda Ə.Kərimovun ətrafında artıq özündə başqa heç kəs qalmayıb. Bayquş kimi tək-tənha qalan Ə.Kərimov, sadəcə olaraq, zamanın qatarını gözləyir ki, gəlib onu da aparsın.

Digər xəbərlər