PDF Oxu

Müxalifət

  • 13

Pənah Hüseynov yeni iddialara düşüb

Pənah Hüseynov yeni iddialara düşüb
Radikal düşərgədə anormal proseslər baş verməkdədir. Bir düşərgədə ki, Müsvat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan, "ACP" lideri Rəsul Quliyev kimi lideri olan bir partiyadan bundan artıq nə gözləyəsən? İ.Qəmbərovun Müsavat partiyası başqanlığından getməsi partiya daxilində gərginliyi daha da artırıb. Belə ki, Müsavatdaxili qruplaşmalar təxribatçı fəaliyyətlərini daha da artırıblar. Vurğun Əyyubov, Rauf Arifoğlu, Arif Hacıyev kimi qrup rəhbərləri biri-birilərinə qarşı ciddi kompaniyalar aparırlar. Çünki onlar bilirlər ki, İsa Qəmbərov gələn il başqan seçkilərində dəstəklənməyəcək, həm də, bu, partiyanın nizamnaməsinə ziddir. Bu isə, partiyadaxili quruplaşmalara liderlərindən üzülüşmək üçün daha çox imkan yaradır. Ancaq qruplar arasında davam edən bu qarşıdurmaların daha da şiddətlənməsi əsaslı söz-söhbətin yaranmasına səbəb olub. Bütün bunların nəticəsidir ki, R. Arifoğlu Müsavatdan ayrıldı, necə deyərlər, İ.Qəmbərovla yollarını ayırdı. Bununla da, İsa Qəmbərov növbəti zərbə dəydi. A.Hacıyev ilə V.Əyyubovun aralarında vəziyyət düşmənçilik səviyyəsindədir. Görəsən, bir kresloya görə partiya yoldaşları arasında belə düşmənçilikmi olar? Onlar bunu siyasətmi adlandırırlar? O ki qaldı Pənah Hüseynova, birincisi, o, partiyanın üzvü deyil, ikincisi də Müsavatdaxili quruplaşmalar, partiya daxilindəki "boss"lar imkan verməzlər ki, o, başqan postuna gəlsin. Həm də P.Hüseynov hara, partiya sədrliyi hara? Digər radikal müxalifət partiyalarının sədrləri nə etdilər ki, P.Hüseynov nə edəcək?
Ümumiyyətlə, Müsavat daxilində, o cümlədən, digər radikal müxalifət partiyaları daxilində gedən çirkin proseslər, qarşıdurmalar, onu deməyə əsas verir ki, ya radikal müxalifət partiyaları başqanları ilə birgə siyasətdən gedəcək, ya da partiyalara gənc perespektivli, yüksək siyasi savada malik olan gənclər gələcəklər. Müsavatdakı mənbələrdən verilən məlumata görə isə, İ.Qəmbərov başqanlıqdan gedəndən sonra, partiya lideri olmaq istəyir. Ancaq çətin ki, partiyadaxili qüvvələr bunun reallaşmasına imkan versinlər. İkincisi də, Müsavat nə partiyadır ki, onun da lideri olasan?

Digər xəbərlər