PDF Oxu

Müxalifət

  • 9

Sərdar Cəlaloğlu: “Ermənistan - Türkiyə sərhədlərinin açılması pozitiv nəticələr verə bilər”

Sərdar Cəlaloğlu: “Ermənistan - Türkiyə sərhədlərinin açılması pozitiv nəticələr verə bilər”

- Sərdar bəy, Ermənistan-Türkiyə sərhədlərinin açılmasının heç də pis nəticə verməyəcəyini qeyd etmisiniz. Bununla bağlı əsaslarınız varmı?

- Bəyanatımız mətbuatda tam dərc olunmayıb. Guya bəyanatda Ermənistan-Türkiyə sərhədlərinin açılmasının Azərbaycana heç bir ziyan verməyəcəyi bildirilir. Əksinə, belə deyil. Biz, sadəcə olaraq, bəyanatda qeyd etmişik ki, Türkiyənin sərhədi yenidən açmaq istəməsi, onun həyati maraqları üçün olduqca maraqlıdır. Belə olan halda, Azərbaycan bunu normal qarşılamalıdır. Birincisi, sərhədlərin açılması ilə bağlı Azərbaycan ictimayyətində anti-Türkiyə əhval-ruhiyyəsinin yaranmasına imkan verməməliyik. Digər tərəfdən, sərhədlərin açılmasının pozitiv nəticələr verə biləcəyini nəzərə alaq. Ona görə ki, sərhədlərin açılması ilə Ermənistan Rusiyanın birtərəfli təsirindən xilas olacaq, Türkiyə ilə normal əlaqələr qurulacaq. Bu əlaqələrin fövqündə Dağlıq Qarabağ və türk dünyası ilə düşmənçilikdən əl çəkmək tendensiyasının yaranması imkanları var. Eyni zamanda, Ermənistanın Rusiyanın təsirindən çıxdıqdan sonra Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı əməkdaşlıq zonasının yaradılması da Qarabağ problemində Ermənistanın mövqeyinin yumşaldılmasına gətirib çıxan amillərdən biri kimi qiymətləndirilməlidir. Bildirmişik ki, heç bir blokada uzun müddətli effektli ola bilməz. Bu gün Azərbaycanın məqsədi Ermənistanı blokadada saxlamaq deyil. Azərbaycanın əsas məqsədi Dağlıq Qarabağ problemini həll etməkdir. Blokada bir vasitədir. Amma son vaxtlar ictimaiyyətdə belə bir fikirlər dolaşır ki, məqsədimiz elə Ermənistanı blokadada saxlamaqdır. Əgər bu gün Türkiyə Ermənistanla sərhədlərini açırsa, bu blokada vasitə kimi əlimizdən çıxır. Bəyanatımızın üçüncü məqamı ondan ibarətdir ki, Azərbaycan hökuməti sərhədlərin açılması nəticəsində Azərbaycanın maraqlarına dəyən ziyanı kompensasiya edən addımlar atmalıdır. Yəni, biz əlavə vasitələr tapmalıyıq. Sərhədlərin açılması ilə bu blokada bir vasitə kimi əlimizdən çıxacaq. Bu zaman Türkiyə-Ermənistan əlaqələrində müəyyən məqamların, tendensiyaların nəzərə alınmasını Türkiyə tərəfindən mütləq tələb etməliyik. Orada qeyd etmişik ki, Azərbaycan diplomatiyası bu istiqamətdə dəqiq siyasət aparmalıdır. Bu gün iradəmizdən asılı olmayaraq Türkiyə Ermənistanla sərhədlərini açarsa, bunun Ermənistana müəyyən xeyirləri olacaq. Bunun qarşılığında da Türkiyə Ermənistan qarşısında Azərbaycanın maraqlarını təmin edəcək müəyyən şərtlər qoya bilər. Həmin şərtlər blokadadan çox xeyir verə bilər.
İran Avropa tərəfindən uzunmüddətli blokadaya alınmışdı. 20 ildən sonra Yaxın Şərqdə geridə qalmış İran bu gün kosmik və atom dövləti səviyyəsinə qalxıb. Yəni, orqanizmin belə bir xüsusiyyəti var ki, xarici mühitin ziyanlı təsirlərinə yeni müqavimət mexanizmi yaranır. Bu, blokadanı uzun müddət aparıdığımıza görə, artıq Ermənistan blokadaya adaptasiya olub. İrandan, Gürcüstandan müəyyən kommunikasiya əldə edib. Yəni, zəif olsa da, inkişaf etməkdədir. Bu isə, o deməkdir ki, Qarabağ problemində bu blokadadan yeganə silah kimi istifadə etməyimiz düzgün deyil. Bizim bəyanatımızın mənası məhz bu arqumentlərlə bağlıdır. Hətta maraqlarımızı nəzərə almadan Türkiyə bu addımı atırsa, deməli, adıçəkilən ölkənin həyatı maraqlarına daxil olan bir şeydir. Ona gör də biz Azərbaycan ictimayyətində anti-Türkiyə mövqeyi yaratmamalıyıq.

- Dediniz ki, sərhədlərin açılması Türkiyəyə qarşı erməni düşmənçiliyinin tendensiyasının aradan qaldırılmasına, Rusiyanın təzyiqinin götürülməsinə gətirib çıxara bilər. Amma tarixi reallıq sübut edir ki, ermənilərə istənilən güzəşt erməni riyakarlığının aradan qaldırılmasına imkan verməyib...

- Protokoldakı şərtlərdən biri budur ki, Ermənistan 1921-ci ilin qaz, 1923-cü il Moskava müqaviləsini tanıyır. Həmin müqavilədə bilavasitə Naxçıvanın qeyd-şərtsiz Azərbaycana mənsub olması ilə bağlı müddəa öz əksini tapıb. Ermənilər də o vaxtdan qol çəkməyiblər. Yəni, Naxçıvan üzərində iddiaları var. Əgər həmin protokola uyğun olaraq Ermənistan 1921 və 1923-cü illərin müqavilələrini tanıyacaqsa, burada Azərbaycanın öz maraqları olacaq. Son günlər Ermənistanın Naxçıvanla yanaşı, eynilə Qarsla bağlı da müəyyən iddiaları var. Genosidin də arxasında duran bu torpaqların geri qaytarılması məqsədidir. Əgər tanıyıcaqsa, demək artıq genosidin ərazi əldə etmək kimi hüquqi nəticələri olmayacaq. Burada Azərbaycanın maraqlarına uyğun məqamlar var. Əgər sərhədlər tanınacaqsa, bu, o deməkdir ki, Qarabağ Azərbaycanın tərkibində tanınsın. Çünki orada şərt qoyublar ki, Ermənistan Türkiyə və Azərbaycanın sərhədlərini tanıyacaq. Təbii ki, bu, birbaşa Dağlıq Qarabağın Ermənistanın işğalından azad edilib Azərbaycana qaytarılmasına gətirib çıxarmayacaq. Amma Türkiyənin atdığı addım üzərində Azərbaycan-Türkiyə diplomatları oturub yeni yol xəritəsi müəyyənləşdirməlidir. Sərhədlərin açılması şərtləri daxilində separatçılığa qarşı mübarizə aparaq.

- Qeyd etdiniz ki, Qars müqavilələrinin nəticələrini Ermənistan tanıyacaq. Amma tarixə nəzər salsaq, 1922-ci il dekabrın 31-də SSRİ-nin yaradılması ilə bağlı müqavilə imzalanıb. 1923-cü ilin mart ayının 19-da respublikaların sərhədlərinin tanınması üçün protokol imzalanıb. Ermənistan Dağlıq Qarabağı Azərbaycanın sərhədləri daxilində olduğunu tanıdı...

- Qars və Moskva müqavilələri beynəlxalq hüququn ölkədaxili subyektidir. SSRİ zamanı qəbul edilmiş bütün qərarlar və qanunlar qüvvədən düşüb. O cümlədən, SSRİ-nin dağılması ilə bağlı Konstitusiya. Orada alt yazısı olan ayrı-ayrı regionlardakı razılaşmalar, sərhədlərin tanınması qüvvədən düşüb. Söhbət bu gün də qüvvədə olan Türkiyə ilə Rusiya arasında qüvvədə olan beynəlxalq hüquqi sənədlərdən gedir. Hakimiyyətlərin, dövlət formalarının dəyişilməsi bu hüquqi öhdəlikləri aradan qaldırmayıb. Türkiyənin Ermənistana beynəlxalq hüquqi tələblərindən biri odur ki, Rusiya ilə 1921 və 1923-cü illərdə imzalanan müqavilələri tanısın. Bunu tanıyacaqsa, beynəlxalq hüquq səviyyəsi alacaq. Bu da SSRİ-nin nəzdində olan qanunda fərqli hüquqi statusa malikdir.

- Necə ola bilir ki, "QAT"-ın sədri Akif Nağı bu məsələdə əks- müxalif mövqedə dayananları hədəliyir...

- Peyğəmbərimizin məşhur sözü var: "Düz hesab etdiyiniz yolla gedin, kim nə deyir, desin". Əgər bunu düz hesab edirəmsə, kimin nə deməsi mənim üçün maraqlı deyil. Əgər fikirlərimi qorxub deməyəcəyəmsə, onda nə partiya olduq?

- Ümid edirik ki, bu sözlər müxalifət xatirinə müxalif fikir deyil...

- Bu sözlər müasir geosiyasətdə baş verən hadisəyə baxışım və dünyagörüşümdür. Biz hadisələri belə görürük.

Digər xəbərlər