Lalə Hacıyeva yenidən ALP sədri olmağa razılıq verib
Müxalifət düşərgəsində baş verən maraqlı olaylar sırasında radikallar arasında gedən çəkişmələr daha çox diqqəti cəlb edir. Xüsusilə də, ayrı-ayrı partiyalar daxilində yaranan ciddi ixtilaflar mətbuatın diqqət çəkdiyi əsas mövzuya çevrilib. ALP-də baş verən qarşıdurmlar qeyd olunanlara ümumiləşdirilmiş misal ola bilər. ALP-nin sədr əvəzi Əvəz Temirxanın Müsavat, AXCP (i) və ADP liderlərinə qarşı ittihamlar irəli sürməsi, onların ayrı-ayrı qrupların maraqlarını ifadə etməkdə günahlandırması partiya daxilində ciddi narazılıqların yaranmasına gətirib çıxarıb. Məhz bu narazılıqlar Ə.Temirxanın başqası ilə əvəz edilməsinə zəmin yaradıb.
"Səs"ə yaxın mənbənin verdiyi məlumata görə, ALP-nin bir neçə rayon təşkilatı ötən gün bəyanat verərək, Ə.Temirxanın sədrliyi altında siyasi mübarizə aparmağın mümkün olmadığını bildiriblər. Partiyanın Ağsu və İsmayıllı rayon təşkilatlarının yaydıqları bəyanatda bildirilir ki, qısa müddət ərzində Ə.Temirxan ALP sədr əvəziliyindən uzaqlaşdrılmayacağı təqdirdə, buraxılmağa qərar verəcəklər. Məlumata görə, bu bəyanat ALP-nin keçmiş sədri Lalə Hacıyevanı ciddi narahat edib və ötən həftə ALP icraiyyə komitəsinin iclasını keçirən L.Hacıyeva Ə.Temirxanla bağlı ciddi tədbirlər görəcəyini bildirib. O, qeyd edib ki, 2009-cu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərərəfəsi ALP üzvlərinin hər kəs üçün gözlənilməz sürpriz baş verəcək.
Mənbənin məlumatına istinadən, demək olar ki, L.Hacıyeva sürpriz dedikdə ALP sədrinin özü ola biləcəyinə işarə vurub. Daha doğrusu, L.Hacıyeva bələdiyyə seçkilərinə ALP sədri kimi qatılacaq.