Əli Kərimovun siyasi limiti bitib
Müxalifət düşərgəsində baş verən çəkişmələr bir sıra partiyaların sıradan çıxması ilə bərabər, qurum rəhbərlərini də çıxılmaz duruma salıb. Xaricdən maliyyənin kəsilməsi əksər müxalif partiyaları pozucu təşkilat və birliklərlə əməkdaşlığa vadar edib. Radikal müxalifət qurumları artıq bu məqsədlə bir sıra addımlar atıblar. Dünya ictimaiyyətinin terrora və cinsi azlıqlara lənət oxuduğu bir dövrdə radikal müxalifət düşərgəsi onların maliyyə imkanlarından yararlanmaq məqsədilə məhz bu cür təşkilatlara dəstək çıxıblar.f
Düşərgədə baş qaldıran etiraz dalğaları və ittihamlar artıq səngimək bilmir. Uzun müddətdən bəri davam edən qarşıdurmalar müxalifətin acı və biabırçı sonluğu ilə nəticələnməkdədir. Bu sıradan müxalifət partiyalararası qalmaqalların yaranmasında bilavasitə iştirak edən AXCP (i) xüsusilə fərqlənir.
Ə.Kərimovun əsas adamı sayılan Fuad Mustafayev artıq AXCP (i)-ni tərk edib. Neçə gündür ki, Müsavat partiyasının funksionerləri bu məsələni qabartmağa və Ə.Kərimovu vurmağa çalışırlar. Qurumda baş verənləri birbaşa sədrin səriştəsizliyilə əlaqələndirən fünkusionerlər, məhz Ə.Kərimovun ucbatından partiyanın biabırçı duruma düşüdüyünü bildirirlər. Onların açıqlamasına əsasən partiyanın uzun müddətdir ki, qərərgahsız fəaliyyət göstərməsi qurumun ciddiliyinə mənfi təsir göstərib. Həmçinin, davamlı olaraq gündə bir partiyanın qərargahında toplaşmaq, əksər partiya təəssübkeşlərinin sıradan çıxması ilə nəticələnib.
Xatırladaq ki, bir müddət öncə AXCP (i) sədr müavini Həsən Kərimov yeni qərargahın alınması üçün üzvlərdə ianələrin toplanılmasına başlanıldığını bildirib. Bu məqsədlə yeni qərargaha sahib çıxmağın normal olacağını bildirən H.Kərimov partiya üzvlərinin razılığı əsasında baş verəcək istək tezliklə qurumun xeyirinə tamamlanacağını vurğulayıb. Partiya sözçüləri arasında baş verən qarşıdurmalara münasibət bildirən H.Kərimov indiki mərhələdə belə halların qarşısını almaq barədə düşünmədiklərin söyləyib.
Daxili didişmələr isə daha da alovlanıb. "Yurd" funksioneri Nurəddin Məmmədli partiyanın qərargahsız qalmağında bir çox obyektiv səbəblərin olduğunu bildirsə də, sonuncu məqam kimi sədr və onun ətrafında cəmləşmiş şəxsləri ittiham edib. Ounun fikrincə, siyasi düşərgədə baş verən olaylarda qurumun loyal olaraq iştirakı normal iş prinsipinin olmaması və partiyanın mənzil-qərargahı problemidir. İndiyə qədər müxtəlif bəhanələrlə qurumun qərargah almamasını bildirən N.Məmmədli artıq səbrlərinin tükəndiyini dilə gətirib.
Onu da bildirək ki, AXCP (i) bir müddət öncə, Müsvatın qərargahına sığınsa da, sonradan həmin qurumla aralarında baş verən narazılıq oradan uzaqlaşmaları ilə nəticələnib.
AXCP (i) sədri Ə.Kərimov isə, bütün bunlardan xəbərsiz kimi, müxalifətdaxili inteqrasiyadan və birliklərdən ağız dolusu danışmaqla işini bitmiş sayır. Əslində, radikal düşərgədə qarışıqlığın yaranmasınada "MBH" lideri Lalə Hacıyevanın köməkçisi qismində mühüm rola girdiyini unudan Ə.Kərimov, hətta partiya sədri olduğunu da yaddan çıxarıb. Əgər belə olmasaydı, AXCP (i) daxilində məhz Ə.Kərimov arzuolunmaz bir fiqura çevrilməzdi. Artıq partiya funksionerləri əvvəl olduğu kimi, indi də sədrin iradəsinə tabe olmadıqlarını nümayiş etdirmək məqsədilə onun qarşısında müxtəlif tələblərlə çıxış ediblər. İlkin olaraq qurumun qərargahla təmin olunmasını və partiyaya xarici donor təşkilatların ayırdığı maliyyənin xərclənmə istiqamətləri barədə məlumat tələb edən funksionerlər sonuncu şərt kimi sədrlik postunun dəyişdirilməsinin təqdirəlayiq olduğunu bildiriblər.