PDF Oxu

Müxalifət

  • 12

“Boss”lar gedir, başqanlar qalır?

“Boss”lar gedir, başqanlar qalır?
Müxalifət düşərgəsində seyrəlmələr davam etməkdədir. Özü də müavin, Məclis sədri səviyyələrində. Bir də ki, müxalifət partiyalarında siravi üzvlər qalıb ki? Hamısı inandıqları, qalib gələcəklərinə ümid etdikləri "bəy"lərinin yarıtmaz fəaliyyətlərinə etiraz əlaməti olaraq belə addım atıblar. Əslində, düz də ediblər. Müsavat başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva, ALP sədri Əvəz Temirxan, AXCP (i) sədri Əli Kərimov, "ACP" lideri Rəsul Quliyevlə bir masada oturmaq, bir əqidəyə qulluq etmək səhv bir hərəkətdir. Çünki adlarını çəkdiyimiz "bəy"lər yalnız və yalnız öz şəxsi maraqlarını, öz ciblərini, əyləncələrini düşünürlər. Yəni onlar heç zaman xalq, dövlət, dövlətçilik, Vətən haqqında fikirləşməyiblər. Fikirləşsəydilər, xalq heç olmasa bələdiyyə seçkilərində radikal "bəy"lərə və onların həndəvərində gəzişənlərə etimad göstərərdi. Yəni qədirbilən xalqımız sayanı sayır, saymayana isə etimad göstərmir. Elə "bəy"lərin yalan, şirnikləndirici vədlərinə aldanan müxalifətçilər də bütün bunları anlayaraq, Əli, İsa, Rəsul, Əvəz, Etibar kimi "ağa"larına əlvida deyirlər. Artıq bütün radikal müxalifət partiyaları boşalıb. Partiya sədrləri isə müxalifət düşərgəsini tərk edən şəxslərə heç bir təsir edə bilmirlər. İndi isə tamam başqa mənzərənin şahidi oluruq. Belə ki, siravi üzvlərlə yanaşı, müxalifət partiyalarında "boss"luq edən şəxslər də istefa verərək radikal düşərgəni tərk edirlər. Qulamhüseyn Əlibəyli, Cəmil Həsənli, Etibar Məmmədov, Rəsul Quliyev, Fuad Mustafayev siyasətdən uzaqlaşdılar. Q. Əlibəyli, C. Həsənli və nəhayət, F. Mustafayev AXCP (i) ilə yollarını ayırdılar. Adıçəkilən partiyanın Məclis sədri Qulamhüseyn "bəy" AXCP (i) sədrinin çirkin siyasətinə etiraz əlaməti olaraq partiyadan istefa verərək "Aydınlar" partiyası yaratdı. C. Həsənli ilə Fuad "bəy" isə, bayaq qeyd etdiyimiz kimi, siyasətdən getdilər. Yəni Ə. Kərimov siyasətdə təkləndi. Hərə əməlinə görə, öz "mükafatını" alır. Əli "bəy" də çoxdan bəri "layiq olduğu mükafatı" aldı. Özü də tərəfdarları tərəfindən.
Müsavat başqanı İ. Qəmbərov da get-gedə təklənir. Onun partiyasında bu proseslərə çoxdan start verilib. Ancaq yaxın zamanlarda isə Müsavatda da "boss"luq edən şəxslər istefa verərək, siyasətdən, Müsavat partiyasından gedəcəklər. Gedənlər siyahısında kimlərdir? Təbii ki, ilk növbədə, Rauf Arifoğlu İsa "bəy"lə yollarını ayıracaq, demək olar ki, onlar yollarını ayırıblar. Digər "namizədlər" sırasında Arif Hacıyev, Vurğun Əyyub, Qubad İbadoğlu və digərlərinin adı çəkilir. Onlar artıq qəti qərara gəliblər ki, İsa "bəy"lə, Müsavatla yollarını ayıracaqlar.
Beləliklə, istər AXCP (i), istər Müsavat, istər AMİP, istərsə də "ACP"-nin perespektinə inanmayan müxlifətçilər radikal düşərgəni tərk edirlər. Növbə isə İsa, Əli, Etibar, Rəsul, Əvəz "bəy"lərindir. Tələsin başqanlar, biabır vəziyyətə düşməmiş siz də bacarmadığınız SİYASƏTDƏN GEDİN !

Digər xəbərlər