PDF Oxu

Müxalifət

  • 19

AXCP (i)-dən 43 nəfər istefa verib

AXCP (i)-dən 43 nəfər istefa verib
Müxalifət düşərgəsində baş verən qeyri-ciddi proseslər və anormal hərəkətlər buradakı vəziyyətin daha da gərginləşməsinə şərait yaradıb. Məhz belə bir durumun yaranmasında bilavasitə səbəbkar olan özlərini müxalifətin əsas füqurları adlandıranlardır. Çünki onlar düşərgədəki vəziyyətə öz istək və arzuları prizmasından yanaşırlar. Buna misal kimi ölkə müxalifətinin ən iyrənc sifətini özündə ehtiva edən AXCP (i)-ni göstərmək olar. Bu qurum yarandığı gündən müxalifət düşərgəsində daxili qarşıdurmaların, partiya liderlərinin bir-birinə qarşı düşmənçilik mövqeyi tutmasında vasitəçi rolunu oynayır. Əgər belə olmasaydı, AXCP (i) sədri Əli Kərimov özünün də təmsil olunduğu düşərgədə arzuolunmaz şəxs kimi qələmə verilməzdi. Daima siyasi və digər məsələlərə öz marağı kontekstində yanaşan Ə.Kərimov bir çox hallarda yaxınlarını da məkrli niyyətinin qurbanına çevirməkdən zövq alıb. Ona görə də, istər onun rəhbərlik etdiyi qurumda, istərsə də, ümumi müxalifət düşərgəsində bu şəxsə qarşı hər kəsin mövqeyi birmənalıdır.
Bir faktı da qeyd etmək lazımdır ki, müxalifət düşərgəsi daha çox anti-Azərbaycan mövqeli şəxslərin cəmləşdiyi məkan kimi xarakterizə edilir. Çünki bu düşərgə heç bir halda və heç bir səbəb göstərmədən milli maraqlarımız naminə zəruri bir addım ata bilməyib, əksinə isə, bu düşərgə daha çox Azərbaycan əleyhinə olan qüvvələrlə əməkdaşlıq müqabilində əldə etdikləri vəsaitləri ürəkləri istədiyi kimi xərcləyirlər. Müxalifət düşərgəsində bu istiqamətdə daha böyük ad çıxarmış olan AXCP (i) sədri Ə.Kərimov indii çıxılmaz vəziyyətə düşüb. Partiyanın Ali Məclisinin sədri Qulamhüseyn Əlibəylinin istefasından və özü üçün ayrıca partiya yaratmasından sonra Ə.Kərimov, demək olar ki, tamamilə təklənib. Bir çox məsələlərdə formal olaraq özünün və partiyasının mövcudluğunu qabartmağa çalışan Ə.Kərimov heç bir halda istəyindən asanlıqla dönməyəcəyini büruzə verməyə çalışırdı. Amma görünür, zamanın çərxi heç də Ə.Kərimovun arzuladığı kimi dövr etmədi. Çünki onun bu açıqlamasından az bir müddət sonra partiyasının olub-qalan funksionerləri də buradan istefa verməli oldular.

Digər xəbərlər