Müsavatda varislik problemi yaşanır
Gələn il Müsavat partiyasında İsa Qəmbərovun uzun sürən başqanlıq epoxasına qol qoyulmaq üçün son il olacaq. Artıq Müsavat daxilində bu məsələ geninə-boluna müzakirə edilməkdədir. Bir çoxları Müsavatın qurultayından sonra başqanlıq məsələsinin həll edilcəyinə ümid etsələr də, problemin tamam başqa variantla da yoluna qoyulacağına əmin olanlar az deyildir. Çünki hazırda müxalifət düşərgəsində və xüsusən də, Müsavat partiyası daxilində elə hadisələr cərəyan edir ki, buradan heç nə nə anlamaq olmur. Tam anlaqsız vəziyyətə düşmüş Müsavat partiyasında daxili qüvvələr artıq üz-üzə dayanıblar. Kimin nə deməyindən və nə təklif irəli sürməyindən asılı olmayaraq, partiyada vəziyyətin asanlıqla yoluna qoyulacağı çox şübhəli görünür.
Müsavata 16 ilə yaxındır ki, başqanlıq etəmiş İ.Qəmbərovun isə başqanlığı başına vurulur. Əksər partiya üzvləri qurumun hazırkı durumunda İ.Qəmbərovu günahkar hesab edirlər. Bir çoxları isə başqalığa yeni şəxsin gətirilməsini açıq şəkildə bildirməklə İ.Qəmbərovun tez bir zamanda bu kürsüdən uzaqlaşdırılmasını arzu edirlər. Bütün bu narazılıqlar isə başadüşüləndir. Müsavat partiyasına rəhbərlik etdiyi müddətdə İ.Qəmbərov bu qurumu elə vəziyyətə salıb ki, çətin bir "loğman" buna əncam qıla bilsin. İ.Qəmbərovun əməllərindən heç kəs baş açmırdı və açmayacaqdı da. Çünki o, ancaq şeytan əməllərilə məşğul olduğu üçün nə dinə, mənsəbə qulluq edirdi, hələ də məlum deyil. İndi isə onun pis vəziyyətə saldığı partiyada əsəblər daha da tarıma çəkilib. Ancaq öz prinsiplərini uca tutmuş İ.Qəmbərov qurum üçün əcnəbi təşkilatların ayırmış olduğu ianələri də xərcləyib. Ona görə də, hazırda partiyanın işi ancaq Xudaya qalıb. Görünür, hələ bundan sonra Müsavat üçün daha da gərgin dövrlər başlayacaq. Bir tərəfdən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiyadan öz payını istəməsi, digər tərfədən Müsavat icra aparatının rəhbəri Arif Hacıyevin başqan olmaq üçün atmış olduğu addımlar, eyni zamanda isə, Qubad İbadoğlunun varis elan edilməsi partiyada durumun kəskin şəkildə dəyişməsinə səbəb olub.
Belə vəziyyətdə isə İ.Qəmbərov özü üçün daha məqbul addımlar atmaq qərarına gəlib. Elə bu məqsədlə başqan Q.İbadoğlu ilə gizli sövdələşməni partiya üzvləri üçün açıqlayıb. Bu açıqlama isə qurumda bir çoxlarının əks reaksiyası ilə qarşılanıb. Tərəflərin heç bir halda ümumi razılığa gələ bilməyəcəyini əsas gətirən A.Hacıyev isə Müsavatın fəaliyyətində əməyi olmuş şəxslərin bu kürsüyə sahib olmasının daha məqbul olduğunu vurğulayıb. Q.İbadoğlunun partiyanın fəaliyyətində və siyasi proseslərdə iştirakının heç də normal olmadığını qeyd edən A.Hacıyev hər bir halda, buna imkan verməyin düzgün olmadığını da gizlətməyib. Partiyada İ.Qəmbərovdan sonra bu vəzifəyə gətiriləcək şəxslərin çox sayda olmadığını, amma bir sıra şəxslərin buna tam layiq olduğunu qeyd edən A.Hacıyev başqanın seçiminin heç də bütün partiya üzvlərinin qərarı ilə üst-üstə düşmədiyini də dilə gətirib. Ona görə də, yaxın zamanlarda Müsavat partiyasının bir neçə qütbə və yaxud keçmiş AXC kimi bir neçə partiya şəklində fəaliyyətinə xitam verilməsi gözlənilir.