PDF Oxu

Müxalifət

  • 14

Birləşmək dərdindən üzülən müxalifət

Birləşmək dərdindən üzülən müxalifət
Prezident seçkilərindən 9-10 ay keçməsinə baxmayaraq, hələ də müxalifət daxilində davam edən inteqrasiya prosesi nəticə vermir. Prezident seçkilərindən öncə elan olunmuş "Müxalifətin Əməkdaşlıq Mərkəzi" hələ ki, arzu olaraq qalmaqdadır. Seçkiöncəsi "MƏM"-in müvəqqəti birlik olmadığını görən Müsavat susur, AXCP (i) isə şərtlərini diqtə edirdi. Bunu nəticəsi eforiyadır.
Yaranmış vəziyyətdən çıxmaq istəyən bu qüvvələr bələdiyyə seçkilərinə birgə fəaliyyət planının açıqlanacağını bildirirlər. Amma nə fəaliyyət planı açıqlandı, nə də yeni birlik yarandı. Üstəlik, kövrək birlik meyilləri öləzidi, dezinteqrasiya prosesi başlandı. "Azadlıq" bloku ilə Müsavatın birlik təşəbbüslərinə nəinki qoşula bildi, əksinə, bu iki qüvvə arasında narazılıq başlandı.
"Azadlıq" bloku Müsavatın bu quruma daxil olmasını, blokun genişlnməsini təklif edir, Müsavat isə "KAXCP", ADP, AMİP-in də yeni yaranacaq birliyə qoşulmasını istəyirdi. Bu fikir dartışması sonda mətbuat savaşı ilə bitdi. Amma baş tutmadı. Hazırda Müsavatyönlü mətbuatda "Azadlıq" blokuna daxil olan partiyalar, AXCP (i)-nin qəzetlərində isə Müsavat aşağılanır, müxalifətin birliyini pozmaqda suçlandırılır. Maraqlıdır ki, Müsavat partiysının rəhbərliyi baş verənlərə münasibətdə yekdildir. Onlar hesab edir ki, Müsavat təkadamlıq "ANİF", ALP və "VİP"-lə deyil, yalnız yerli strukturları olan AXCP (i) ilə müttəfiqlik edə bilər. Bu mövqe "Azadlıq" partiyalarının qəzəbli reaksiyasına səbəb olub. "VİP" və ALP liderləri mətubata açıqlamasında Müsavatın özünün də gücdən düşdüyünü dilə gətirir, bu partiyanın "Azadlığ"a daxil olmasını təklif edirlər. AXCP (i) hələ ki, susqunluq nümayiş etdirir. Siyasi analitiklərə görə, bu, AXCP (i)-nin hazırkı gərgin vəziyyəti ilə bağlıdır. Bəllidir ki, bu fakt, ilk növbədə, Ali Məclisin sabiq sədri Qulamhüseyn Əlibəyli yeni partiya yaratması ilə bağlıdır. Bu yaxınlarda təsis qurultayını keçirən "Aydınlar" partiyasının AXCP (i)-dən sosial baza qoparacağı bəlli məsələdir. Qulamhüseyn Əlibəyli vurğulayıb ki, fərdi maraqları öndə tutanlar birləşə bilməzlər: "Çünki artıq onlar bu yolu 15-16 ildir ki gedirlər. Bir də "qozbeli qəbir düzəldər", Əli Kərimovla İsa Qəmbərovun düzəlməsi isə müşkül məsələdir. Ən düz yol nə qədər ki, partiya funksionerləri onları daşqalaq etməyib, siyasətdən birdəfəlik uzaqlaşsınlar".
Müsavatyönlü mətbuatın yazdığına görə, artıq AXCP (i)-dən qopmalar başlanıb. Partiyanın özəlliklə, cənub rayon təşkilatları lAydınlar" partiyasına üz tuturlar. Müsavatın qara piarının güclənməməsi üçün AXCP (i) isə öz diqtəsini davam etdirir. Bu isə, o deməkdir ki, radikal düşərgə yeni bir qarşıdurma zonasına çevrilir. Bələdiyyə seçkiləri ilə bağlı müxalifətin cəbhələşməsi davam edir.

Digər xəbərlər