PDF Oxu

Müxalifət

  • 16

“Vətəndaş və İnkişaf Partiyası” fəaliyyətini başa vurub

“Vətəndaş və İnkişaf Partiyası” fəaliyyətini başa vurub
Müxalifət düşərgəsində yaranmasından, yaradılışından fərqi olaraq üzə çıxmış bir sıra partiyalar necə ortaya çıxmışdılarsa, elə də sıradan çıxırlar. Çünki həmin oyuncaq qurumların yaradılışı tamamilə səhv istiqamətdə olur. Elə ona görə də, onlar yağışdan sonra çıxan göbələklər kimi də, qurda-quşa yem olaraq, fəaliyyətlərinə xitam verirlər. Çünki zamanın axarı hər şeyin aşkar şəkildə üzə çıxmasını daha qabarıq formada həlli edir. "Vətəndaş və İnkişaf Partiyası" da bu qəbildən olan partiyalardan hesab edilir. Heç bir zərurət və ya mümkün prosesin gedişində yaradılmayan bu qurumun nə məqsədlə yaradıldığı məlum deyil. Sadəcə olaraq, kiminsə kimdən qisası xatirinə yaradılmış olan bu qurum heç kəsə lazım deyildi. Hətta bu partiyanı təsis etmiş keçmiş AMİP-çi Ə.Əliyevə də bu partiya gərəksiz idi. Amma səbəbsiz və məqsədsiz yaradılmış belə qurumların aqibətinin necə olması da cəmiyyət üçün birmənalı olaraq bəllidir. Müəyyən dövr AMİP daxilində fəaliyyət göstərərək AMİP lideri Etibar Məmmədovun etimadını qazanmış Ə.Əliyev, nədənsə, müəmmalı şəraitdə buranı tərk etmək barədə qərar verməli oldu. Onun belə bir addım atmasının səbəbini isə Ə.Əliyev müstəqil fəaliyyət göstərməyin zamanının çatması ilə əlaqələndirib. Guya müstəqil fəaliyyət göstərəndə Ə.Əliyev nəsə bir yenilik edəcəkdi? Göründüyü kimi, əslində, Ə.Əliyevi müxalifət düşərgəsində yeni bir kəşfçi kimi qiymətləndirmək də olmaz. Sadəcə olaraq, əlində və ayağında heç nəyi olmayan bir şəxsin özünü fərdi qaydada müxalifət düşərgəsində ortaya ataraq nəsə bir yenilik adı ilə fəaliyyət göstərmək istəyi buradakı "qurdlar" tərəfindən həmişəki kimi hay-küylə qarşılandı. İlk olaraq, AMİP-dən ayrılmış bir şəxsin özü üçün partiya yaratmasını özləri üçün göydəndüşmə bir hal kimi dəyərləndirənlər Ə.Əliyevi yolun başlanğıcında qabaqlamalı oldular. Sadə bir üsulla müxalifətdəki "qurdların" dilinə aldanan Ə.Əliyev nəticədə tamamilə tərkisilah edilib ortaya atıldı. Son dövrlərə qədər "Azadlıq" blokunda fəaliyyət göstərən "VİP" buranı ALP-nin və AXCP (i)-nin tərk etməsindən sonra tamamilə tək başına qalmışdı. Bir qədər hər şeyi qabaqcadan planlaşdırmağa çalışan Əli Kərimovla Lalə Hacıyevanın bicliyi Ə.Əliyevdə omadığı üçün növbəti oyunun qurbanı məhz o olmalı oldu. İndi isə partiyasının fəaliyyətinin sona çatdığını açıqlayan Ə.Əliyev bu qərarından sonra itgin düşmüş kimi qələmə verilib. Çünki son iki həftədə Əlini gördüm deyən tapılmır. Əvvələr L.Hacıyeva hara gedirdi, onu da özü ilə aparırdı. İndi isə Ə.Əliyev yetim quzular kimi başını salmağa bir yer axtara-axtara kim bilir haralara gedib çıxıb?

Digər xəbərlər