PDF Oxu

Müxalifət

  • 10

AMİP-də sular durulmur

AMİP-də sular durulmur
Növbəti bələdiyyə seçkiləri də yaxınlaşır, ancaq AMİP-də vəziyyət hələ də gərgin halda qalmaqdadır. Əslində, belə baxsan, radikal düşərgənin bütün partiyaları eyni durumdadır. Amma AMİP, Müsavat və AXCP (i) daha kritik vəziyyətdədir. Bunların nə etdikləri bir yana, bundan sonra başlarının çarələrinə qalmaları da sual altındadır. Bir də, axı kimdir bu siyasi meyitlərə bir-iki qəpik və yaxud da qrant-filan verən? Heç kim. Hətta gör radikal düşərgənin siyasi iflası nə qədər açıq və sürətli bir şəkildə gedir ki, AŞ PA-nın estoniyalı həmməruzəçisi Andres Herkel mətbuata, daha dəqiq desək, "Azadlıq" radiosundakı müsahibəsində artıq radikal müxalifətin fəaliyyətinin əhəmiyyət daşımaması və bu düşərgənin siyasi proseslərə təsirinin olmaması barədə açıqlama verir. Anders Herkelin fikirlərinə görə, əvvəlki seçkilərdə gedən proseslərin bu seçkilərdə də təkrarlanılacığı bildirilir. Yəni demək istəyir radikal müxalifətə bir qəpik də olsun pul verilməyəcək. Siyasət belədir də, "istifadə müddətin" qurtardı və ya siyasi limitin bitdi, deməli, sənin də dəftər-kitabın bağlandı.
Maraqlısı odur ki, müxalifətə "rədd ol" mesajı ünvanlayan təşkilatlar bunların adlarını çəkmir, bunlar isə araya salıb öz qəzetlərində guya həmin qüvvələrin onları xaricə dəvət etdikləri haqqında yalan-yalan yazılar dərc etdirirlər. Amma bütün bu uğursuz cəhdlər partiyaların daxilində yaşanan prosesləri ört-basdır edə bilməz. İstər Müsavat, istər AXCP (i) istərsə də AMİP ciddi böhran içində çapalayır. Müsavatda Rauf Arifoğlunun antibaşqan kampaniyası elə sürətlə başlayıb ki, gəl görəsən. Akif Nağının "Yeni Müsavat"ın əməkdaşını şillələməsi bütün münasibətləri yenidən böhrana salıb. Elə R.Arifoğluya da bu lazım idi? "Yurd"da isə Qulamhüseyn Əlibəylinin "Aydınlar" partiyası Əli Kərimovun kefinə soğan doğrayıb. Onsuz da "Yurd" şefinin əlindən bezən AXCP (i) üzvləri var qüvvələri ilə ondan aralanmağa və "Aydınlar" partiyasına üz tutmağa başlayıblar. Sözsüz ki, bu məsələdə Q.Əlibəylinin "Yurd"da neçə illər Ali Məclis sədri olması da önəmli yer tutur. Bu durum, yəni, rayon təşkilatlarının sürətlə Q.Əlibəyliyə üz tutmaları Ə.Kərimovu bərk dilxor edib. AMİP isə daha kritik şəkil alıb. Çünki partiyanın keçmiş funksioneri Nazim İmanovun yenidən AMİP-ə qayıtmaq niyyəti var.

Digər xəbərlər