Müsavata kim başqan gələcək?
Azərbaycanda müxalifət öz imicini çoxdan itirib. Düzdür, onlar heç zaman müsbət imic formalaşdıra bilməslər də, 5-10 nəfəri öz ətraflarında toplaya bilmişdilər.
Təbii ki, yalan sözlərlə, yalan vədlərlə. Müsavatı neçə illərdir ki, diktatura rejimində idarə edən İsa Qəmbərov, özünü heç bir fəaliyyət olmayan "Yurd"un şefi olan AXCP (i) sədri Əli Kərimov, acılı günlər yaşayan "ACP"-nin lideri Rəsul Quliyev, "MBH" lideri Lalə Hacıyeva, AMİP adlı cırtdan bir partiyaya liderlik edən Etibar Məmmədov, ALP-də hələ də sədri əvəz edən Əvəz Temirxan ancaq yalan danışmaqla, ətrafındakıları aldatmaqla məşğuldur. Sözsüz ki, heç kəs də onların yalan vədlərinə inanmır. Ona görə də "bəy"lərin sədrlik etdikləri radikal müxalifət partiyaları lcırtdan" qurumlara çevrilib. Müxalifət partiyalarında artıq yenilik etməyə ehtiyac var. Yəni partiyaların sədrləri dəyişməli və radikal müxalifət partiyalarına daha perespektli, demokratik şəxslər gətirilməlidir. Yoxsa, indiki başqanlar ancaq biri-birilərini didməklə məşğul olurlar. Bu, nə vaxtdan partiya fəaliyyəti hesab olunur? İsa, Əli, Əvəz, Rəsul, Etibar kimi "bəy"lər bunu siyasi, partiya fəaliyyəti hesab edirləsə, bu da onların siyasi savadından irəli gəlir.
Bəzi partiyalar, deyəsən, dəyişiklik etməyi qərarlaşdırıb. Birinci bu addımı Müsavat partiyası atacaq. Partiyanın başqanı olan İsa "ağa"nın gələn il başqanlıq müddəti bitəcək. Onun yerinə isə indidən namizədlər müəyyənləşməkdədir. Bu isə partiya daxilində qarşıdurmaya səbəb olub. Müsavatda Rauf Arifoğlu, Arif Hacıyev və digərləri quruplaşma yaradaraq, ciddi mübarizə aparırlar. Bu da, onu deməyə əsas verir ki, İ.Qəmbərov gedənə qədər Müsavat da tarixin arxivinə gedəcək.
ANAR