PDF Oxu

Müxalifət

  • 7

Radikal müxalifətideologiyasını dəyişməyə məhkumdur

Radikal müxalifətideologiyasını dəyişməyə məhkumdur
Azərbaycan böyük siyasi dəyişikliklər dövrünü yaşayır. Bu ərəfədə müxalifət düşərgəsində qəribə proseslər gedir. Ölkə müxalifətinin böyük bir hissəsinin konstruktiv mövqeyə keçməsi fonunda bir neçə siyasi partiyanın radikallığını davam etdirməsi heç kimin diqqətini cəlb etmir. Sonuncu dəfə mart referendumunda bir neçə radikal qurum ümumxalq səsverməsini boykot etmə taktikası tətbiq etməyə cəhd etməklə diqqəti özlərinə cəlb etmək fikrindəydi, amma onlar buna nail ola bilmədilər. Çünki bu qurumlar artıq çoxdan cəmiyyət tərəfindən unuulub. İndi cəmiyyətin bütün diqqəti qarşıdan gələn bələdiyyə seçkilərinə və seçkilərdə iştirak edəcək qurumların fəaliyyətinə yönəlib.
Son vaxtlar radikal partiyalar arasında baş verən çəkişmələr, bir-birilərinə yağdırdıqları ittihamlar onu göstərirdi ki, ümumi maraqlar naminə vahid mövqe sərgiləmək haqda heç kim düşünməyib, hər bir "lider" öz ətrafında blok yaratmaqla məşğul olub.
Radikal liderlər hələ prezident seçkilərində öz namizədliklərini irəli sürəcəklərini bildirirdilər. Bu da çoxdandı ki, ortalığa atılmış "müxalifətin vahid namizədi" məsələsinin də üstündən xətt çəkdi. Eyni təmayüllü, hətta eyni blokda birləşən partiyalar belə vahid namizəd məsələsində bir araya gələ bilmədilər, o zaman "bütün müxalifətin namizədi ideyası" gülünc bir təşəbbüs kimi tarixin arxivinə atıldı.
Etibar qədeş də daha tamam qurtarıb. Yəni, siyasi cəhətdən. İqtisadi cəhətdən isə, durumu fəna deyil. O qədər onu-bunu aldatdı, nala-mıxa döydü ki, indi bir köpəyoğlu ona yaxın durmur. O da işini başa düşüb partiya sədrliyindən əkildi və özünü AMİP-in lideri elan etdi.
Mister Rəsula gəldikdə isə, bu adam haqda siz məndən də çox bilirsiniz. Amerikada şellənən bu adam Azərbaycanda ara qarışdırmağa can atır. İqtidardan qurtardı, keçdi müxalifətə, ağzına gələni yağdırır okeanın o üzündən. Bəzi "badbaxtlar" da onu özlərinə lider seçmişdilər. İndi peşman olublar, amma gecdir.
Yerdə qalır bir neçə böyük iddiaya malik kiçik "lidercik" ki, onlar haqda da heç yazmağa belə dəyməz. Bu adamlar dərəni xəlvət hesab eliyib, ortalığa atılıblar. Amma heç bir "zad" yeyə bilməyiblər.
Deyəcəksiniz, nə oldu, bəs bu boyda müxalifət düşərgəsində bir əməlli adam yoxdumu, hamısını yıxıb sürüdün. Var! Niyə yoxdur? Əmma məsələ burasındadır ki, belələri indiyədək papaq altında idi. Gözləyirdilər ki, görək nə vaxt bu qocalar yorulub-usanıb, nə bilim utanıb meydanı tərk edəcəklər. Amma bu "qoca qurdlar" onlara imkan vermirdi.
İndi isə, müxalifət düşərgəsində yeni qüvvələr formalaşır, yeni liderlər ortaya çıxır. Bu qüvvələr artıq radikal müxalifətçiliyin heç bir effekt vermədiyini anlamışlar və bu səbəbdən də konstruktiv mövqe sərgiləyərək öz siyasi mübarizələrini sivil yolla sürdürməyə çalışırlar.
Azərbaycanın ən yeni siyasi tarixində baş verən ictimai proseslər göstərir ki, müxalifətçilik məhz belə bir startegiya üzərində qurulmalıdır. Yalnız xalqın rəğbətini qazanmaqla, iqtidardan daha yaxşı inkişaf etdirmək yolları aramaqla insanların dəstəyini qazanmaq olar. Komnstruktiv müxalifətin ideyası da elə budur. Gec də olsa, reallığı və düzgün yolu tapmaq təqdirəlayiqdir.

Digər xəbərlər