PDF Oxu

Müxalifət

  • 10

Müxalifətin Əli Kərimov problemi

Müxalifətin Əli Kərimov problemi
Müxalifət cəbhəsində baş verən qeyri-normal proseslər burada ab-havanın tamam başqa cür olduğundan xəbər verir. Bu baxımdan da, düşərgədə son aylar baş verən proseslər daha diqqətiçəkən bir məcraya düşüb. Əgər prezident seçkiöncəsi "Müxalifətin Əməkdaşlıq Mərkəzi"nin yaradılması barədə fikirlər səslənirdisə, seçkisonrası bu fikirlər öz əhəmiyyətini itirməli oldu. Bu gün isə, bələdiyyə seçkiləri ərəfəsi birliyin yaranmasında maraqlı olan şəxslər yenidən ortaya "vahid əməkdaşlıq" məsələsini atıblar.
Düşərgədə son bir ildə bu tip birliklərin yaranmasına tez-tez rast gəlindiyini və sonradan düşmənçilik prinsipləri əsasında parçalandığını müşahidə etmək artıq adi bir hala çevirilib. Məhz bu baxımdan da, müxalifət düşərgəsində özünə ad qazanmaq xatirinə bir-birinin eybini açıq şəkildə bildirmək və yaxud birləşib sonradan ayrılmaq metodu da köhnəlmiş qaydalardandır.
Bu gün isə müxalifət cəbhəsində cəbhələşmənin mövcud olduğu bir şəraitdə maraqlar tamam başqa bir məcraya yönəlib. Özlərini respublikada gedən proseslərdən təcrid duruma salmış müxalifətçilər indi isə tamam biabır olmaqdan yaxa qurtarmaq istəyindədirlər. Reallıq isə müxalifətin belə bir metodla cəmiyyətdən özünə dəstək qazanmaq prinsipindən tamam əlini üzməsini açıq bir formada göstərir. Çünki cəmiyyət gerilikçi təfəkkürə malik şəxslərin utopik ideyalarına inanmır. Bu günün cəmiyyəti 1990-cı illərin əvvəllərində olan bir cəmiyyət deyil. İndi insanlarımız dünyanın ən qabaqcıl elmi biliklərə yiyələnməklə inkişafda olan ictimai şüurun daha da mütərəqqi ideyalara sahib olması uğrunda iş aparır.
Radikal meyilli təşkilatların isə anti-Azərbaycan yöndə iş aparan qüvvələrlə iş birliyi müqabilində səyləri isə artıq bütün istiqamətlərdə iflasa uğaramaqdadır. Çünki onların ideyaları artıq ictimai şüura öz təsirini tamam itirib.
Vəhdət partiyasının sədri Tahir Kərimli müxalifətin radikal qanadının bu tip istək üzərində fəaliyyət qurmasının nəticəsində düşərgədə mövcud vəziyyətin bir qədər də kəskinləşməsinə gətirib çıxardığını bildirib. Onun sözlərinə görə, belə bir istiqamətdə iş aparan şəxslər sırasında AXCP (i) sədri Əli Kərimov daha aktiv görünür. İstənilən bir formada öz marağı naminə milli və dövləti maraqlarımıza dönük çıxan bu şəxsin düşərgə daxilində də düşmənləri günü-gündən çoxalmaqdadır. Artıq müxalifət düşərgəsində cəbəhələşmədən əziyyət çəkən qurumlar başlıca səbəb olaraq, Ə.Kərimovun onlara etdiyi vədlərin müqabilində düşdükləri vəziyyətin səbəbkarı olduğunu bildirirlər. Ona görə də, deyərdim ki, müxalifətin, demək olar ki, yeganə problemi Ə.Kərimovdur.
T.Kərimli bəzi məqamlara da toxunaraq bildirib ki, ADP-nin iki yerə bölünməsindən sonra sarsılan "Azadlıq" bloku mövcud olsa da onun varlığı bu gün də şübhə altındadır. Təsadüfi deyil ki, bu blokun siyasi mübarizə aparmaq imkanının olmadığı etiraf olunur və bu baxımdan, AXCP (i) sədri Ə.Kərimovun 2008-ci ildə keçiriləcək prezident seçkisinin "Azadlıq" bloku tərəfindən boykot ediləcəyi barədə açıqlamaları diqqətdən kənarda qala bilməz. Son dövrlər şanslarını itirən, siyasi perspektivi və imici ləkələnən bu şəxsin qeyri-ciddi bəyanatlarına fikir verməmək də olardı. Ən azı "SİDSUH"un acı taleyini xatırlamaq kifayətdir ki, Ə.Kərimov sakitləşib yerində otursun. 1998-ci il seçkisində də radikal müxalifət yekdilliklə seçkiləri boykot etmək qərarına gəlsə də, bu taktika prosesin gedişinə zərrə qədər olsun təsir göstərmədi.
T.Kərimli ölkədə keçirilən bütün seçkilərin, o cümlədən də, bu ili sonunda keçiriləcək bələdiyyə seçkilərinin ədalətli və demokratik baş tutacağına heç bir şübhə olmadığını dedi: "Bütün dünya, beynəlxalq inistitutlar sonuncu prezident seçkisinin legitimliyini birmənalı olaraq tanıdılar. AXCP (i) və onun müttəfiqlərinin seçkiləri boykot niyyəti isə iflasa uğradı. Lakin hər dəfə bu mövzu gündəmə gələndə müxalifət düşərgəsində fikirlər haçalaşır. Belə olan halda, Ə.Kərimovun bələdiyyə seçkilərini boykot etmək niyyətinə düşməsi, sadəcə, həyasızlıqdan başqa bir şey deyil. Çünki uzun illər tərəfdarlarını hakimiyyət xülyası ilə aldadan partiya sədrləri, o cümlədən, "Yurd" şefinin yalan vədlərlə manipulyasiya etmək imkanları getdikcə daha da tükənir. Siyasi mübarizənin perspektivsizliyini başa düşən sıravi partiya üzvləri isə onları uçuruma yuvarlayan liderlərlə vidalaşmaq, öz gələcək talelərini müstəqil şəkildə müəyyənləşdirmək qərarına gəliblər. Bu gün əksər aqressiv müxalifət partiyalarının daxilində total narazılıq və ruh düşkünlüyü hökm sürür".
Sabiq AXCP (i) funksionerlərindən Arif Səlimov, Zöhrə Naibli və Pərviz Haşımov "Səs"ə verdikləri açıqlamalarında Vəhdət partiyası sədrinin dedikləri ilə tam şərik olduqlarını bildirdilər. Vurğuladılar ki, AXCP (i) sədri Ə.Kərimov müxalifətdə "qəbirqazan" missiyasını "peşəkarcasına" yerinə yetirir. Elə bunun nəticəsidir ki, müxalifət partiyalarında parçalanma baş verir: "Bu proses indi Müsavat və ADP-də özünü daha qabarıq göstərir. 1993-cü ildə bir neçə dəfə ciddi parçalanmaya məruz qalmış Müsavatın son prezident seçkilərindən sonra eyni aqibəti yaşaması, bələdiyyə seçkiləri ərəfəsi "Yeni Musavat"ın baş yazarı Rauf Arifoğlunun partiyadan uzaqlaşması partiya başqanı İsa Qəmbərovun perspektivsiz siyasətçi imicinin daha da gücləndirdi. Bütün seçkilərdə biabırçı uğursuzluğa məruz qalan İ.Qəmbərovun böyük iddialarla yaşaması, reallıqla hesablaşmaması, nəhayət, sıravi üzvlərin də "səbrini daşdırdı".
T.Kərimli bələdiyyə seçkilərinə kimi, radikal müxalifət partiyalarının birdəfəlik siyasi səhnədən silinəcəyənə əmin olduğunu da bildirib.

Digər xəbərlər