Müxalifətin birləşmək cəhdi fiaskoya uğrayır
Zaman-zaman müxalifət düşərgəsində təmsil olunan partiyalar "birləşməyə", "bir olmağa" cəhdlər göstəriblər. Hətta blok və qurumlar da yaradıblar. Ancaq iddiaların kifayət qədər böyük olması müxalif başbilənlərin bir araya gəlməsinə imkan verməyib. Bunu "SİDSUH"un, "DUH"un, "DUBB" və "Azadlıq" bloklarının dağılmasın, da görmək olar. Siyasi təhlilçilərin gəldiyi qənaətə görə, müxalifət düşərgəsində təmizləmələr aparılıb, köhnələr yeniləri ilə əvəəzlənməsə, muxalifətin cəmiyyətdə güc mərkəzinə çevrilməsi mümkün olmayacaq. Amma nə fayda ki, 20 idən artıqdır ki, siyasətdə olub, cüzi belə uğur əldə edə bilməyən radikal partiya sədrləri siyasətdən getmək haqqında fikiləşmirlər. Əksinə, əyinlərinə gen don geyinib, yerlərini bir qədər də möhkəmləndirməyə çalışırlar. Buna isə siyasi mədəniyyətsizliyin ən biabırçı halı deyirlər.
Maraqlı məqam ondan ibarətdir ki, radikal müxalifət partiya sədrləri haqlarında nə deyilməsindən asılı olmayaraq, abırsız siyasi məzhəkələrini davam etdirirlər. Hətta bəzi partiya sədrləri müəyyən məsələlərdə önə çıxıb, müxalifətin liderinə çevrilməyə çalışırlar. Bələdiyyə seçkilərinin yaxınlaşmasından istifadə edən Müsavat başqanı İsa Qəmbərov sahiblik etdiyi qəzet və saytlarda şoumen rolunda çıxış edərək müxtəlif pozalarda şəkillər çəkdirib, sətiraltı sitatlarla formasını rəngarəng etməyə cəhd edir. Bu günlərdə bir qədər də dərinə gedən başqan Müsavat Divanında bələdiyyə seçkilərinə hazırlıqla bağlı işçi qrupu yaratdığını bəyan edib. İ.Qəmbərov qeyd edib ki, işçi qrupu vasitəsilə ölkənin bütün bölgələrində bələdiyyələrə namizədlərin müəyyənləşdirilməsinə və onların seçicilərə təqdim olunmasına nail olacaq. Başqan bununla nə qədər dayaz düşüncəyə, bəsit məntiqə malik olduğunu nümayiş etdirir. Çünki hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, Müsavatın ümumilikdə, 1143 nəfər üzvü var. Onların da böyük əksəriyyəti İ.Qəmbərovun təsisçisi olduğu qəzet və saytların əməkdaşlarıdır. Faktlara istinad etsək Müsavat 21 minin az faizini belə yerinə yetirə bilməz. Onda sual yarana bilər: pafoslu bəyanat nəyə lazımdır? Sualı cavablandırmazdan əvvəl, onu da qeyd etmək lazımdır ki, eyni məntiqsiz bəyanatlarla ADP, AXCP (i), AMİP lÜmid" və digər partiyalar da çıxış edir. Məqsəd isə bələdiyyə seçkiləri qabağı xarici maraqlı qüvvələrin diqqətini özülərinə cəlb edib, maliyyə yardımı almaqdır. Onu da xatırlatmaq lazımdır ki, xarici maraqlı qüvvələrlə radikal müxalifət partiyaları arasında ciddi problemlər yaranıb. Səbəb isə maraqlı qüvvələrin Bakı təmsilçilərinin Azərbaycan cəmiyyətində qarşıdurma yaratmaq sifarişlərinin fiaskoya uğramasıdır. Eyni zamanda, ictimaiyyət tərəfindən müxalifətin qətiyyətlə rədd edilməsi də, əməkdaşlıq münasibətlərinə ciddi əngəllər yaradan amillərdən olub.