Herkel də müxalifətdən bezib
Son illər müxalifətinki qara gətirir. Referendumla bağlı özlərini yerə sürtüb nəsə qazanmaq istəklərini həyata keçirə bilməyən müxalifət bələdiyyə seçkilərinə böyük ümidlə baxırlar. Amma heç bir beynəlxalq təşkilat artıq onları yaxın da qoymur.
İndi də başlayıblar AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin adından danışmağa. Guya ki, bu adam bələdiyyə seçkiləri ərəfəsi ölkəmizə gələcək, AŞ PA yeni həmməruzəçi təyin edəcək və müxalifətə nə qədər desən, para verəcək. Yalançının..., nə isə. Bu aralarda "Siyasi partiyalar haqqında" qanunla bağlı məsələsini bəhanə edib, hay-küy qaldırmaq istədilər. Amma yenə alınmadı.
Çünki bu müxalifət elə bir zümrədir ki, onlar kimi sümsük qrupları heç bir yerdə tapılmaz. Çünki bu adamlar iyirmi ilə yaxındır ki, siyasi səhnədə ayaq döyürlər, amma yüz cür məğlubiyyət və rüsvayçılıq müqabilində yenə də müxalifətdən "çörək yeri" kimi istifadə edirlər. Deyirlər ki, siyasi həyasızlığın bir axırı olmalıdır, amma bunlarda bu, heç yüz il sonra da görünmür. Ən acınacaqlısı isə, bədbəxt günə qoyduqları sadə müxalifətçiləri yenə öz maraqları üçün "peşkaya" çevirilməyə hazırdılar, necə ki, bu gündədirlər. Hətta vəziyyət o yerə çatıb ki, bunlardan bezib gedənlərdən tutmuş rəhmətə gedən keçmiş müxalifətçilərə qədər olanların adlarını öz qovluqlarında saxlamaqla say "çoxluğunu" beynəlxalq təşkilatlara göstərmək istəyirlər. Axı qarşıda bələdiyyə seçkiləri gəlir və yenə də "oynamaq" məqamı lazım gəlir. Amma beynəlxalq təşkilatlar da beş-on il bundan əvvəl olan həriflər deyillər və radikal fırıldaqçılarının bu "oyununu" onların özündən də yaxşı bilirlər.
Elə götürək, Müsavat başqanı İsa Qəmbərovu və yaxud da AXCP (i) sədri Əli Kərimovu. Bu oyunbazlar Andres Herkeli və Adreas Qrossu necə aldada bilər? Mümkün deyil. Çünki bu avropalı deputatlar neçə illərdir ki, yüz minlərlə dollar qrant müqabilində belə siyasi "maşenniklər"in dabbaqda gönünə də bələddirlər. Ona görə də, bu adamları aldatmaq artıq müxalifətə nəsib olan hal olmayacaq.
ASDP həmsədri Zərdüşt Əlizadə müxalifətin qara günlərinin bundan sonra daha pis olacağını bildirib. Z.Əlizadə bildirir ki, müxalifət düşərgəsində elə vəziyyət yaranıb ki, müxalifətçi olmağına görə xəcalət çəkirsən. Elə buna görə də, kənara çəkilmişəm. Çünki olmayan hadisəni şişirtmək, böhtan danışmaqla gündəmdə qalmaq olmaz. Yadınızdadırsa, bir neçə il bundan əvvəl radikallar "hüquq müdafiəçiləri" ilə birləşib "siyasi məhbus" siyahısı hazırlamışdılar və bu "siyahı" o dərəcədə böhtan idi ki, bütün AŞPA-dakı deputatların əksəriyyəti bu məsələyə gülməkdən uğunmuşdular. Hətta Strasburqa qaraçı sifətində gedən bir qrup "hüquq müdafiəçiləri" də o zaman bu biabırçılığın məsuliyyətini bir-birinin üzərinə atmışdılar və onların aralarındakı həmin münaqişə indi daha kəskin şəkildə davam edir. AŞPA-nın estoniyalı deputatı Anders Herkel müxalifətin çirkin oyunlarından bezdiyini bildirib. Bu adam dəfələrlə açıqca bir faktı ortaya qoyub ki, artıq Azərbaycanda demokratik proseslər uğurla həyata keçirilir. Bu bədbəxt müxalifət bu faktı anlaya bilmir. Z.Əlizadə onu da bildirdi ki, artıq Strasburqda radikal düşərgənin komik və eyni dərəcədə böhtan dolu "siyahılarını" heç it yerinə də qoyan yoxdur.