PDF Oxu

Müxalifət

  • 11

Radikal liderlərin siyasi iflası reallaşır

Radikal liderlərin siyasi iflası reallaşır
Bələdiyyələrə seçkilər yaxınlaşdıqca müxalifət düşərgəsində çaxnaşma, bir-birilərini təhqir etmək halları daha da kəskin xarakter alır. Səbəb isə, heç bir iş görə bilməyən ənənəvi müxalifət funksionerlərinin səviyyəsiz və mənasız ideya və təkliflər irəli sürməsidir. Xüsusilə də, AXP-nin keçmiş sədri Pənah Hüseynov ziddiyyətli açıqlamaları ilə düşərgə funksionerlərinin hiddətinə də səbəb olub. Bir də axı, necə ola bilər ki, Milli Məclis məzuniyyətdə olduğu ərəfədən "ideya mərkəzi"nin rəhbəri P.Hüseynov sakit dayansın? Müsavt deputat qrupunun üzvü onu da yaxşı bilir ki, çıxış yolu yoxdur. Çünki düşərgə funksionerləri P.Hüseynovu Milli Məclisin yaz sessiyasında "Siyasi partiyalar haqqında" qanununla bağlı müzakirələrdə fəallıq nümayiş etdirməməkdə suçulandırırlar. Ona görə də, bu gün hər saatdan "səmərəli" istifadə etmək üçün AXP-nin keçmiş sədri nəsə ortaya atmala diqqəti cəlb etmək istəyir. Bu günlərdə mətbuata verdiyi açıqlamasında Müsavat deputat qrupunun üzvü bələdiyyə seçkilərinin ənənəvi müxalifət və onun liderləri üçün son şans olduğunu bəyan edib. Pənah Hüseynov açıqlamasında Müsavat başqanı İsa Qəmbərov, ALP lideri Lalə Hacıyeva, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev və AXCP (i) sədri Əli Kərimovun adlarını çəkərək bu seçkidən "qələbəni" əldən verməməyi tövsiyə edir.
Ən maraqlası isə, müxalifət düşərgəsində liderlərə qarşı ən çox ittihamlarla çıxış edən və onlara öz "dəyərli" məsləhətlərini verən P.Hüseynov bu adamların qarşısında çıxış yolu da qoyur: liderlərin yeganə çıxış yolu prezident seçkilərində vahid namizədlə olmasa da, vahid platforma ilə, vahid komanda şəklində iştirak etməkdir. Siyasi müşahidəçilər bu tezislərin Müsavat mətbəxində hazırlandığını bəyan edirlər. Belə düşünməyə kifayət qədər əsaslar da var. Ona görə ki, bu tezislər təxminən Müsavat başqanı İsa Qəmbərovun tezislərinə oxşayır. Belə ki, 2008-ci il prezident seçkiləri öncə başqan da münasibətini açıqlayarkən müxalifətin vahid namizəd deyil, vahid elektorat uğrunda mübarizə aparmasını vacib saymışdı. Əslində, başqan yaxşı bilir ki, o, şansını 2003-cü ildə qeyd edib və bir daha müxalifətin vahid namizədinə çevrilə bilməz. Sözsüz ki, bunu P.Hüseynov da yaxşı bilir, ona görə də hazırkı siyasi müttəfiqinin maraqlarından çıxış edir. "İdeya məkəzi"nin rəhbərinə də məlumdur ki, "ACP" lideri Rəsul Quliyevlə, AMİP lideri Etibar Məmmədovun məğlubiyyətlə barışıb siyasi səhnədən getməyə hazırlaşdıqları yaxın günlərin məsələsidir. Əli Kərimov, Lalə Hacıyeva kimi liderlərin isə müxalifətin vahid namizədinə çevriləcəyi inandırıcı deyil. Bu siyasətçilər özlərinin siyasi reytinqlərini yaxşı bildiklərindən boykot taktikasına əl atıblar.
Əslində, P.Hüseynov düz deyir. Həqiqətən də, 2009-cu il bələdiyyə seçkiləri radikal liderlərin siyasi fəaliyyətinin başa çatması ili olacaq. O cümlədən, Müsavat başqanı İ.Qəmbərov üçün son şansdır. Seçkilərə qatılıb məğlub olacaq İ.Qəmbərovun siyasi səhnədən çəkilməkdən başqa yolu qalmayacağı uşağa da aydındır. Yerli və xarici ekspertlər də müxalifətin məğlubiyyətini proqnozlaşdırırlar. Açıq-aşkar bəyan edilir ki, YAP-ın bu qədər uğurlarının fonunda müxalifətin seçkilərdə nəyəsə ümid etməsi anlaşılan deyil.
P.Hüseynov vurğulayır ki, 2009-cu ildə ənənəvi müxalifət liderlərinin yeri boşalacaq. Onların əksəriyyəti siyasi səhnəni tərk edəcəklər. Yəni, 2009-cu il İsa Qəmbərov, Lalə Hacıyeva, Etibar Məmmədov, Rəsul Quliyev və digər partiya liderlərinin siyasi səhnədə son ili olacaq. AXP-nin keçmiş sədri seçkiyə qatılmayacaq liderləri fərarilikdə də ittiham edir. Bildirir ki, onlar bu seçkidə iştirak etməsə, siyasətdən birdəfəlik getməyə məcbur olacaqlar.
Göründüyü kimi, müxalifətin düşdüyü vəziyyəti görünür, hamı kimi P.Hüseynov da görür və anlayır. Amma müxalifət liderlərini ittiham edərkən, o özünü o sıraya aid etmir. P.Hüseynov seçkidə siyasətdən gedəcək liderlərin əvəzinə ümumi düşərgəyə "ağsaqqallıq" etmək iddiasındadır. Belə hesab edir ki, növbəti seçkidə bütün düşərgənin vahid namizədi kimi ortaya çıxsın. Bu isə, ac toyuğun yuxuda darı görməsinə bənzəyir.

Digər xəbərlər