PDF Oxu

Müxalifət

  • 13

Sərdar Cəlaloğlu yenə də məyus olub

Sərdar Cəlaloğlu yenə də məyus olub
Uzun müddət ABŞ-da öz xülyalarını quran indiki "Açıq Cəmiyyət Partiyası"nın lideri Rəsul Quliyevin əl-ayağından öpmüş Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu indi daha pis vəziyyətə düşüb. Bir çox hallarda kənarda olan qurumları öz partiyasına birləşirməyə cəhd edərək müəyyən məsələlərdə adı hallanan S.Cəlaloğlunun bu dəfə düşmüş olduğu durum heç də ürəkaçan deyil.
Çünki iki ay öncə keçmiş "dostu" Etibar Məmmədovun partiyası olmuş AMİP-i ya öz partiyasına birləşdirəcəyini, ya da ki, özünün həmin quruma sədr gedəcəyini plalaşdıran S.Cəlaloğlu hədəflədiyi işlərdən uzaqlaşmalı olub. Səbəb isə ümumilikdə müxalifət düşərgəsində istənilən variantda qəbul olunmayan şəxslərdən hesab olunan S.Cəlaloğlunun hədəfə alınmasıdır. İndi öz əli ilə öz başına döyən S.Cəlaloğlu nə edəcəyini bilmir. Uzun sürən gərginlikdən sonra artıq ADP-nin əlindən çıxacağını yəqin edən S.Cəlaloğlunun bəxti başının keçmiş ağası R.Quluyevdən sonra heç gətirmədi.
Xatırladaq ki, müstəqil siyasətə atılana qədər R.Quliyevin tam ixtiyarında olan S.Cəlaloğlu daha etmədiyi risq qalmadı. Həmin dövrlər ABŞ-dan külli miqdarda pulun gəlməsi, sözün əsil mənasında, Sərdar "bəyi" həvəsə gətirmişdi. Az qalırdı ki, Rəsuldan ötəri damarlarını kəsib qanını küçəyə axıtsın. Hətta bir çox mitinq və piketlərdə Əli Kərimov, İsa Qəmbərov, Lalə Hacıyeva və Əli Əliyevlə birgə addımlamasına baxmayaraq, bir balaca polis koridoru gördükdə, dərhal özünü canlı səddin üstünə atırdı. Nəticədə də üz-başı qana boyanan S.Cəlaloğlu həmin kadrları əlaltılarının vasitəsi ilə kasetlərə köçürtdürərək ABŞ-a "ağasının" ünvanına göndərirdi. Rəsul "bəy" də həmin kadrlara baxdıqdan sonra S.Cəlaloğluna "səndən yoxdur, oğulsan ki, oğul" deməklə ona bir azca pul göndərib növbəti dəfə daha müasir "üslublardan" istifadə edərək şou göstərməyi tapşırırdı. Bütün bunların müqabilində isə "təki pul olsun, oyun oynamağa nə var" prinsipini əlində bayraq edən Sərdarın, yetim cücələr kimi, boynu bükük qalıb. Bir tərəfdən adamın ona yazığı gəlir. Çünki müxalif düşərgədə kimə yaxınlaşırsa, hamı onu qapıdan köpək qovan kimi qovur. İndi bu Sərdar neyləsin, onun alın yazısı belə imiş. Sadəcə olaraq, təkbaşına siyasi proseslərdə daha çox irəliyə gedəcəyini planlaşdıran və bunun üçün özünü dağa-daşa çırpan S.Cəlaloğlu nəticə etibarı ilə himayəsiz qalıb. R.Quliyevin üzünə ağ olduqdan sonra siyasi arenada özünü tək sınamağın vacibliyini qeyd edən S.Cəlaloğlu buranın soyuğundan-qarından deyəsən xəbərsiz imiş. Əgər belə olmasaydı, indi Ə.Əliyev Nobel mükafatına layiq görülərdi. S.Cəlaloğlunun nədən belə bir duruma düşməsini və onun hansı səbəblərdən siyasətlə təkbaşına məşğul olmasını müəyyənləşdirdikdə, onun özündən əvvəlkilərin malik olduqları imkanlardan yana belə iddiaya düşdüyü gün kimi aydın olur. İ.Qəmbərovun heç bir əziyyət çəkmədən, L.hacıyevanın "liberal" danışığı ilə, nəhayət, Ə.Kərimovun qaragüruhçuluq edərək nələrə nail omaları Sərdarı da qıcıqlandırıb. Öz-özünə sual verərək "mənim onlardan nəyim əskikdir?" deyən S.Cəlaloğlu heç nəyin ağına-bozuna baxmadan siyasət adı ilə işə başladı. Bir müddət kiminin ünvanına söyüş, kiminin ünvanına hədələr yağdıran S.Cəlaloğlu bir atımlıq barıtı ilə yarı yolda qalmalı oldu. Bundan sonra başı daşdan-daşa, başdan-başa dəyən S.Cəlaloğlu sonluqda əlində olub-qalanlarını da itirməli oldu.
İndi onun başı daha ağır bir işə qarışıb. Belə bir işin onun başına gələcəyini təsəvvür etmək də mümkün deyildi. Bir müddət öncə AXC-nin 20 illik yubileyində köhnə cəbhəçilərdən gələn təkliflər müqabilində ADP-nin də sıradan çıxacağını söyləmək daha asan görünür. Çünki həmin yubiley tədbirində çıxış edənlər AXC-nin yaranması müqabilində ADP, AMİP, "Aydınlar" və "VİP"-in də buraya cəlb edilməsi nəzərdə tutulur. Amma bu partiyaların, birmənalı olaraq, qurum kimi yox, sadəcə olaraq, bir toplum kimi həmin birliyə qəbul edilməsi təklif edilir. Bu isə, öz növbəsində, yuxarıda ada sadalanan və sadalanmayan bir çox partiyaların sıradan çıxması deməkdir. Ona görə də, lap yaxın zamanlarda S.Cəlaloğlunun timsalında bir sıra şəxslərin də partiyları, demək olar ki, əllərindən alınacaq.

Digər xəbərlər