PDF Oxu

Müxalifət

  • 7

Müxalifət uçurum astanasında

Müxalifət uçurum astanasında
Müxalifət hər ili biabırçı uğursuzluqla yola salır. Keçən il də radikal düşərgə üçün əsil iflas dövrü kimi yaddaşlarda qaldı. Artıq radikal müxalifətin heç nəyə yaramadığını onun öz funksionerləri də qəbul edirlər. Əslində, etməsələr nə olacaq, başqa çıxış yolları varmı?! Elə götürək son prezident seçkilərini və yaxud da referendumu. Hər iki seçki zamanı müxalifət boykot çağırışı edirdi. Ancaq xalqımızın hər iki seçkisini uğurla başa vurduğunu görən müxalifətin, boykot bəyanatına, hətta daxillərində də tam dəstək verən olmadı. Prezidentliyə namizədliyi irəli sürülənlər arasında müxalifət təmsilçilərinin də olması radikal müxalifətin arzusunu ürəyində qoydu. Eyni zamanda, Konstitusiyada edilən əlavə və dəyişikliklərə etirazları bir nəticə də vermədi.
Bu günlərdə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu müxalifətin hazırkı durumunu xarakterizə edən növbəti açqlamaları, düşərgədə böyük çaxnaşma yaradıb. R.Arifoğlunun açıqlamaları, əslində, müxalifətin yola saldığımız 2008-ci ilin sonundakı vəziyyətinə bir baxışıdır. Prezident seçkiləri öncəsi R.Arifoğlu müxalifətin boykot taktikasını qəbul etmədiyi kimi, bu gün də onların bələdiyyə seçkiləri ilə bağlı cəfəngiyyatlarını mənasız və boşboğazlıq kimi qələmə verir. R.Arifoğlu məqaləsində yazır: "Özünü "ana müxalifət" adlandıran qüvvələr istər prezident seçkilərinin, istərsə də referendumun nəticələrinə təsir edə bilmədilər. Çünki müxalifət artıq ictimaiyyət tərəfindən nəinki qəbul edilir, heç tanınılmır".
R.Arifoğlu müxalifətin ünvanına "Yeni Müsavat"da "Seçkini boykotçu müxalifət uddu" fikrini bildirməklə, o, müxalifəti ələ salmaq istəyənin olduğunu bir daha qabaqcadan deyirdi. Bu gün isə, R.Arifoğlu müxalifətin bələdiyyə seçkiləri ilə bağlı Müsavatın rayon təşkilatlarının toplantı keçirmək planının heç bir nəticə verməyəcəyini bildirir. Hətta R.Arifoğlu bu açıqlamanı Müsavat qərargahında keçirilən toplantı iştirakçılarının yanında da səsləndirdiyini qeyd edir. Baş yazar məqaləsində onu da qeyd edir ki, İsa bəyin üzünə açıq-aydın öz fikrimi bildirdim: "İsa bəy, budəfəki boykot oyununla nə etmək istəyirsən? Gərək adamda bir düşüncə ola. Ancaq... Ona görə də, olmayan düşüncəsizin bələdiyyə seçkilərində yenidən boykot çağırışı heç də təəccüb doğurmur. "
"Yeni Müsavat"ın baş yazarı onu da bildirib ki, İ.Qəmbərovun sədrlik etdiyi partiyada qalmaq və seçkiyə getmək özünə hörmətsizlikdir. Neçə illərdir ki, "boykot" qışqıran Müsavat başqanı, görəsən, nəyə nail olub? Xalqın nifrətinə, müxalifətin qəzəbinə, ən əsası isə biabırçı uğursuzluğa. Bu gün də bələdiyyə seçkilərinin keçirilməsini "boykot" etmək təklifinin bir mənası olacaqmı? Axı, bu müsavatçılar niyə bu fırıldaqçının sözlərinə inanırlar. R.Arifoğlu onu da bildirib ki, nə qədər müxalifətdə İsa Qəmbərov var, Azərbaycanda bu qüvvələr ictimaiyyət tərəfindən nifrətlə qarşılanacaq.
Baş yazar, həmçinin, seçki ərəfəsi müxalifətin yaratdığı "MƏM"-in referendum ərəfəsi reallaşdırmaq istəyini qarşıdakı bələdiyyə seçkilərində reallaşdıracaqları ümidinin də mənasız olduğunu bildirir: "Ölkədə keçirilən hər hansı seçki və ya referendum zamanı uğursuz müxalifətin uğursuz əməkdaşlığı labüddür. Çünki bütün seçkilər ərəfəsi yaranan bloklar, qurumlar xoruz səsi eşitməyən müxtəlif adlarla meydana çıxmaları müxalifətin uçurma getməsini daha da tezləşdirir. Çünki bu qurumları, blokları yardanların siyasi düşüncəsi 18 il bundan əvvəlki düşüncədir. Elə bunun səbəbidir ki, ölkədə keçirilən bütün seçkilərdə müxalifət biabırçılıqla məğlubiyyətə uğrayır".
Seçkilərdə biabırçı boykot prosesinin radikal düşərgədə yenidən gündəmə gəldiyini bildirən R.Arifoğlu, müxalifətin boykot taktikasını biabırçı fakt adlandırıb. O, müxalifətin boykota qoşulmaq istəyinə də aydınlıq gətirib: "Müxalifət seçkiyə qatılsaydı, uduzub siyasi səhnəni tərk etməli idi. Ümumiyyətlə, bu gün dəfələrlə məğlubiyyətə uğrayan və müxalfətçilər tərəfindən qəbul edilməyən qat kəsmiş partiya sədrləri, artıq siyasi səhnədən getməlidir. O cümlədən, Müsavat başqanı İsa Qəmbərov. Bizim başqan olsa da, əsil həqiqəti demək vaxtıdır. Çünki bu gün bütövlükdə istər 2003-cü il, istərsə də 2008-ci ildə Prezident seçilən İlham Əliyevin reytinqinə bərabər bir kimsə yoxdur. Bu gün boğazdan yuxarı mənəm-mənəm demək heç də güclü olmaq deyil. Müxalifət düşərgəsində hamı özünü öz aləmində gələcəyə - 2013-cü ilə qoruyub-saxlamaq təşəbbüsü göstərir."
Müsavat funksioneri hazırkı durumda radikalların növbəti boykot yolu tutmağının heç bir nəticə verməyəcəyini də bildirib. Onun qənaətincə radikal düşərgədki qüvvələr, əvvəllər olduğu kimi, yenə də öz maraqları üçün çapalayır və onlara müxalifətin əməkdaşlığı ilə bağlı heç nə lazım deyil. R.Arifoğlu bunu onunla əlaqələndirib ki, bu qüvvələrin hər biri tamam başqa-başqa qüvvələrə xidmət edirlər.
Rauf Arifoğlu bugünkü müxalifətin olduqca zəif, rəzil və əlacsız durumda olduğunu da bildirir. Onun sözlərinə görə, böyük ehtimalla, bu ildə də müxalifət birləşib ciddi siyasi gücə çevrilə bilməyəcək. Bunun ilkin işartısı ilə indidən başlanan radikal düşərgədaxili "razborkalar"dır.

Digər xəbərlər