PDF Oxu

Müxalifət

  • 8

Eldar Namazovla İqbal Ağazadə arasında növbəti qalmaqal

Eldar Namazovla İqbal Ağazadə arasında növbəti qalmaqal
Son zamanlar müxalifət düşərəgəsində baş verən yeni münaqişələr növbəti qalmaqalın daha geniş şəkil almasına səbəb olub. Elə bunun nəticəsidir ki, daha çox bir-birini görməyə gözü olmayan müxaliftçilər, açıq şəkildə mübarizə aparmaqdan belə çəkinmirlər.
Baş verən qalmaqal isə, daha çox şou ilə gündəmdə qalan müğənnilərin oyununa bənzəyir və bununla da, özlərinə imic qazanmağa çalışırlar. Deyilənlərə əsasən, ANS kanalında "Daha doğrusu" verilişində müzakirələrə qatılan müxalifət "lider"lərinin açıq efirdə qarşı-qarşıya dayanaraq bir-birilərini təhqir etmələridir. Qeyd edək ki, müxalifət liderləri dönə-dönə bildirirlər ki, televiziya kanallarında bizlərə yer verilmir. Ancaq bir həqiqəti anlamırlar ki, belə debat-görüşlərin tez-tez keçirilməsi onların iç üzünü daha aydın şəkildə nümayiş etdirəcək.
Elə "ANİF" prezidenti Eldar Namazovla "Ümid" lideri İqbal Ağazadə arasında keçirilən görüş heç əvvəlki görüşlərdən fərqlənmədi. Bu görüşdə də hər iki liderlər arasında dava-dalaşın düşdüyünün şahidi olduq. Baş verən hadisələr bir daha onu göstərdi ki, ağızdolusu birlikdən danışan müxalifət liderləri, verilən efir imkanından da əxlaqlı istifadə edə bilmir. Elə bu səbəbdəndir ki, 16-17 ildən artıq yol gedən müxalifət bu müddət ərzində vahid bir nöqtəyə yıxınlaşa bilmir və biabırçı uğursuzluğa düçar olurlar.
Müxalifət düşərgəsində belə bir siyasi ab-havada yaşayan və düşmənçilik prinsipləri ilə fəaliyyət göstərən radikallar qarşıdakı bələdiyyə seçkiləri ərəfəsi yeni qalmaqal yaratmağı davam etdirirlər. Vəziyyətdən usanan E.Namazov "Ümid" partiyasının sədrinin istər Milli Məclisin plenar iclaslarındakı danışığından, istərsə də, mətbuatdakı açıqlamasından bezikdiyini və belə səviyyəsiz söhbətlərindən uzaq olmağı daha əhəmiyətli sayır. "ANİF" sədri qeyd edib ki, İ.Ağazadə hər zaman oyun oynamağı, istənilən birliyi pozmağı bacarandır. Bundan isə, qürur duymaq lazım deyil. Qürur o şeydən duyular ki, birlik yaradasan. Ona görə də, müxalifətlə, eləcə də, siyasət aləmi ilə vidalaşmaq ən yaxşı çıxış yoludur. Bir də düşərgədə təmsil olunanlar və müxalifətdə olmaqları ilə "qürur" duyanlar bilməlidir ki, böhtan atmaq, hay-küy salmaq heç də güclülüyü təsdiqləmir. Ona görə də, siyasət onlarlıq deyil. Elə götürək, AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan və digər bu tip simasızların bacardıqları ikiüzlülük və satqınçılığın siyasətə heç bir dəxli olmayan şeydir. Ancaq təəssüf ki, dünygörüşünə, savada malik olmayan radikal "bəylər", bütün bu çirkin əməlləri siyasət adlandırırlar. Əfsuslar olsun ki, belə siyasətdə olmaq və xalqın nifrət hədəfinə çevrilməmək üçün də İ.Ağazadə kimilərin təmsil olduqları düşərgəni tərk edirəm.

Digər xəbərlər