PDF Oxu

Müxalifət

  • 8

Müsavat partiyasını kimlər idarə edir?

Müsavat partiyasını kimlər idarə edir?
Uzun sürən Müsavatdaxili ziddiyyətlər partiya başqanı İsa Qəmbərovun başında çatlamalı oldu. Artıq kimsə onun müdafiəsinə qalxmadığına görə, əksər funksionerlər onu rəhbərlikdən uzaqlaşdırdılar. Hələlik isə, nə partiyadan, nə də ki, digər mənbələrdən İ.Qəmbərovun başqanlıqdan uzaqlaşdırılmasını nə inkar, nə də ki, təsdiq edən tapılır.
Çünki Müsavat partiyasının məhz bu cür aqibətlə üzləşməsində maraqlı olanlar da az deyildir. Məhz müxalifətin ümumi mənzərəsində daha çox hiddətlə qarşılanan bu qurum, sözün əsil mənasında, fəaliyyətini demək olar ki, dayandırıb. Doğrudur, partiyanın mətub orqanı olan "Yeni Müsavat" qəzeti qurumun fəaliyyətini dırnaqarası işıqlandırılmasında müstəsna rol oynasa da, digər prinsipial məqamlar bunun tam əksini söyləyir. Belə ki, bir müddət öncə, "Əcəmi" şadlıq evində AXC-nin 20 illik yubileyi ilə bağlı keçirilən tədbirdə Müsavat başqanının ünvanına səslənmiş açıq ifadələr əsil həqiqətin hələ bundan sonra da gizlədiləcəyindən xəbər verib. Pafoslu çıxışları ilə köhnə cəbhəçilərin əsəblərini oyatmış İ.Qəmbərov, hələ bu azmış kimi, AXC-nin yenidən bir araya gətirilməsinin vacibliyini də dilə gətirməyi unutmayıb. Qeyd edək ki, başqan bu ifadəni təsadüfdən işlətməyib. Çünki düşərgədə onun əl-ayağına dolaşan köhnə cəbhəçilərin yaratmış olduqları qurumlar, sözün əsil mənasında, indi Qəmbərov üçün əməlli-başlı baş ağrısına çevrilib. Amma bütün bunlar baxmayaraq, İ.Qəmbərov yenə də öz maraqları kontekstində nəyəsə nail olmaq üçün öz yolunda olan maneələri təmizləməyə çalışır. Onun bu niyyətinin isə belə asanlıqla gerçəkləşəcəyi sual altındadır. Çünki AXC-nin sələfi sayılan partiyalar indi kifayət qədərdir ki, onların da başında duranların bir-birini görməyə belə gözü yoxdur. Hətta onların əlində imkan olsa, bir-birini güllələyər. Ona görə də, İ.Qəmbərovun cəbhəçilərin təbirincə desək, başından yekə danışması boşboğazlıqdır. Bir faktı da qeyd edək ki, AXC-nin "Əcəmi" restoranındakı yubileyi elə-belə insidentsiz də ötüşmədi. Köhnə cəbhəçilərin çıxışı təzələr tərəfindən fit və qışqırıq səsləri ilə qarşılandı. Mərhum AXC lideri Əbülfəz Elçibəyi özünün yaxın silahdaşı hesab edən Rəhim Qazıyevin çıxışı cəbhəçiləri daha da alovlandırdı. Onlar hətta açıq formada "Rəhim bəy yalan danışma" ifadələri işlətməklə öz etirazlarını bildiriblər. Elə Müsavat partiyasındakı acınacaqlı olayın da, məhz buradan qaynaqlandığı hər kəsə gün kimi aydındır. Zamanında hər şeyin qarşısını almaqda çətinlik çəkən İ.Qəmbərov indi başqaları üçün qazmış olduğu quyuya özü düşməli oldu.
Müsavatın bu vəziyyətə düşməsinin yenə də səbəbi Qəmbərovun dili oldu. İndiyə qədər hər şeyin sakitcə davam etməsinə baxmayaraq, məhz bu məqamda İ.Qəmbərovun bir səhvi onun üçün baha başa gəldi. Onsuz da, daima bir-birinin ətini yeyən müsavatçılar İ.Qəmbərovu açıq şəkildə "topa" tutdular. Vəziyyətdən çıxış yolunu ancaq başqanlıqdan istefa verməkdə görən İsa "bəy" əməlinə ancaq bir şərtlə razı olub ki, onun bu addımı barədə bir xəbər də kənara sızmasın. İ.Qəmbərovun başqanlıqdan getməsi müqabilində buna razılıq verən partiya funksionerləri indi öz aralarında kimin bu kürsüyə gətirilməsini çək-çevir edirlər. Amma bir məsələ də ondan ibarətdir ki, bu saat tamamilə başsız qalmış Müsavatı heç kəs idarə etmir. Kiminsə buraya rəhbər seçilməsi isə hələ uzun predmetin məhsuludur.

Digər xəbərlər