Emin Milli və Adnan Hacızadə İsa Qəmbərovdan göstəriş alırmış
Müxalifətin baş bəlası, üz qarası Müsavat partiyası son zamanlar daha populist görüntü yaratmağa çalışır. Uzun sürən müxalifətdaxili süstlükdən yararlanmağa çalışan Müsavat başqanı İsa Qəmbərov, nəhayət, öz çirkin niyyətini yenidən cəmiyyətə nümayiş etdirdi. Daima qara qüvvülərlə əməkdaşlıqdan zövq alan Müsavat şefi indi ən iyrəncə işlərə belə baş qoşmaqdan zövq alır. Onun bu istiqamətdə maraqlı olduğunu görüb duyan qüvvələr isə öz prinsipləri üzərində İ.Qəmbərova yer verməklə nəyəsə nail olmağa can atırlar. İ.Qəmbərov isə yenə də, həmişə olduğu kimi, düşmən dəyirmanına su tökmələ məşğul olur. Azərbaycanda bir qara qəpiklik hörməti qalmayan bu şəxsin kənarda özünə dost-aşna tapması da bəlli niyyətin bəlli ölçüsüdür. Amma görəsən, müxalifət düşərgəsində bu sferadan olanlar bu cür əməllərdən nə vaxt əl çəkəcəklər? Öz maraqları müstəvisində düşmənlə də əməkdaşlığa hazır olan müxalifət sözün əsil mənasında, çirkin işlərdən zövq alır. Əgər belə olmasaydı, müxalifət də digər təşkilatlar kimi, normal fəaliyyətlə məşğul olardı. Görünür, hələ müxalifətin uzun müddət bu cür niyyətdən əl çəkməsi mümkün olmayacaq. Çünki bu düşərgədə lövbər salmış müxalifətçilər heç vaxt milli düşüncənin nə olduğu bilməyiblər. Eyni zamanda, onların bir daxili problemləri də var ki, hələ 16 ildir öz aralarında razılığa gələ bilməyiblər. Bir fakt isə ondan ibarətdir ki, müxalifət düşərgəsində olanlar özlərini sakit apara bilmirlər. Bu və ya digər formada cəmiyyətdə baş verən istənilən bir hadisəni öz xeyirlərinə yozmağa çalışan isalar, əlilər, eldarlar və.s-lər indi də gündəmdə qalmağın yolunu məhz bu istiqamətdə görürlər.
Buna əsaslı misal kimi, bir müddət öncə, AXCP (i) sədri Əli Kərimovun öz ixtiyarında olan gənclərdən sui-istifadə etməsi göstərdi ki, müxalifət düşərgəsində indi daha iyrənc proseslər cərəyan edir. Ə.Kərimovun ardınca isə Müsavat başqanı İ.Qəmbərov partiya yetkililərinin övladlarını öz hədəfinin qurbanına çevirdi. Uzun müddət bir yerdə olan şəxslərin bir quru marağa görə qurban verilməsi Qəmbərov üçün elə də çətin olmayan bir məsələ deyil. Elə bu səbəbdən də, İ.Qəmbərov təsisçisi olduğu qəzetdə olmazın məsələləri məhz bu yönə yönəltməyə cəhd göstərir. Bu yaxınlarda xuliqanlıq maddəsi üzrə məsuliyyətə cəlb edilmiş müsavatçı funksionerlərin övladları elə həlledici məqamda İ.Qəmbərovun qurbanına çevrilməli oldular.
İ.Qəmbərovun partiyadan kənarda gördüyü işlərindən biri də başqa-başqa məkanlarda gəncləri öz xeyri üçün müəyyən işlərə sürükləməsidir. Onun bu istəyinə uyğun addım atan gənclər isə gördükləri işin müqabilində yoldaş Qəmbərovdan müəyyən iaənələr alırlarmış. Elə A.Hacızadə və E.Milli də İ.Qəmbərovun göstərişinə uyğun olaraq bir çox məqamlarda özlərini göstərdiklərinə və qeyri-etik davranışlar nümayiş etdirdiklərinə görə, onların İ.Qəmbərovdan göstəriş almaları gün kimi aydın olur.