PDF Oxu

Müxalifət

  • 13

“ACP”-də müxalifətsayağı şok

“ACP”-də müxalifətsayağı şok
Radikal müxalifət düşərgəsində yeni yaranan "partiycıqlar"ın ayağa durmaları ilə yıxılmaları bir olur. Bu baxımdan "Açıq Cəmiyyət Partiyası" yarandığı ilk gündən ciddi ziddiyyətlər məngənəsində boğulmaqdadır. Partiya funiksionerlərindən Ceyhun Əkbərov, Samir Göyüşov, Ramilə Hümbətova "Səs"ə verdikləri açıqlamalarında bildiriblər ki, bir ilə yaxın müddətdə partiyanın mərkəzi strukturlarının toplanmaması "ACP"-nin siyasi partiya kimi fəaliyyətini arxa plana keçirib. Partiyanın fəaliyyətsizliyi ilə bağlı deyilənlərin tam doğru olduğunu deyən funksionerlərin sözlərinə görə, ölkədə ciddi siyasi proseslər baş vermədiyindən "ACP"-nin mərkəzi strukturlarının toplantısı keçirilmir.
Partiya funksionerlərindən C.Əkbərov, S.Göyüşov, R.Hümbətova da radikal düşərgənin, o cümlədən, "ACP"-nin də seçki ərəfəsi siyasi gündəmdə qalması üçün mitinqlər, piketlər keçirmək və müəyyən bəyanatlar verməklə məşğul olduqlarını dedilər. Nəticəsi isə, biabırçı uğursuzluq olub: "Bu cür səviyyədə fəaliyyət göstərmək anormallıqdır. Radikallar beynəlxalq aləmdə qəbul edilən sivil qaydalara riayət etsələr, daha yaxşı olar. Qaldı ki, bir ilə yaxın müddətdə hər hansı bir partiyanın mərkəzi strukturlarının toplanmaması ciddi siyasi fəaliyyətlə məşğul olan partiya üçün normal hal deyil. Bir də, Akif Şahbazovun ilk gündən partiya sədri olmasını funksionerlərin çoxu qəbul etmir. Yay olduğu üçün A.Şahbazov siyasətdə deyil, kənddə, daha doğrusu, heyvanlara "sədrlik" edir. Belə sədrin fəaliyyətini necə qiymətləndirmək olar? Sözsüz ki, heyvanlara "sədrlik" edən partiyada hər şey elə belə də olmalıdı".

Digər xəbərlər