PDF Oxu

Müxalifət

  • 6

İsa Qəmbərovun gözlənilməz qurbanı

İsa Qəmbərovun gözlənilməz qurbanı
Uzun sürən müxalifətdaxili süstlükdən yaxa qurtarmaq üçün, nəhayət, Müsavat başqanı İsa Qəmbərov böyük bir qalmaqalın səbəbkarı oldu. İ.Qəmbərovun uzun zamandan bəri hazırlamış olduğu planları nəhayət ki, aşkara çıxır. Çünki bir müddət öncə təsisçisi olduğu "Yeni Müsavat" qəzetində yaxın zamanlarda bir sıra yeniliklər edəcəynini bildirmişdi.
Bu da İ.Qəmbərovun yeni-yeni palanlarının nəticəsi. Amma nədənsə son zamanlar müxalifət düşərgəsində baş verən proseslərin qurbanları məhz gənclər olur. Ola bilsin ki, müəyyən variantlarla şirnikləndirilmiş gənclər isaların, əlilərin sözünə qulaq asır. Bu mənada bir qədər müxalif düşərgənin qurbanlarının siyahasına nəzər salarkən burada gənclərin üstünlük təşkil etdiyini açıq-aydın sezmək mümkün olur. Əli Kərimovun şakəri okeanın o tayında daxili iztirablar içində çabalayan "ACP" liderinə keçib. Deyilənə görə, Rəsul Quliyev yaxın günlərdə gənclərdən ibarət bir yeni təşkilat yaradacağını dilə gətirib. Elə bu məqsədlə də lideri olduğu "ACP" də artıq islahatlara başlayıb. Onun ilk qurbanı isə partiyasına sədrlik edən Akif Şahbazov oldu. Sonrakı qurbanlarının isə daha yaşlı kadrların olacağı bildirilir.
Bütün bu sadalananlar və sadalanmayanlar isə göstərir ki, iyrənc bir bataqlıqda çabalayan müxalifət nəyə və kimə xidmət etdiyini hələ özü də müəyyənləşdirə bilmir. Çünki İ.Qəmbərov kimiləri ancaq öz əlaltılarını Adnan Hacızadənin və Emin Millinin gününə salmaqla qaranlıq müstəvidə çirkin niyyətlərini reallaşdırmağa çalışır.
Qeyd edək ki, bu dəfə ağzıgöyçək İ.Qəmbərovun yeni şikarı A.Hacızadə və E. Milli bu ayın əvvəlində "Livan" restoranında yeyib-içib kefləndikdən sonra özlərini apara bilmədiklərinə və ətrafdakılara xətər toxundurduqlarına görə məsuliyyətə cəlb ediliblər. Amma nədənsə onların bu xuliqanlığı müxalifət tərəfindən qərəzli və düşünülmüş şəkildə yozulmaqdadır. Doğrudur, bu metod onlara sərf etsə də, məsələnin məlum tərəflərindən biri də odur ki, A.Hacızadə Müsavat başqanına yaxın adamı olan Müsavat Divanının üzvü Hikmət Hacızadənin oğludur. Nədən İ.Qəmbərov onu müəmmalı şəkildə oyuna qatır? Bu, olduqca maraqlı görünür. Amma məsələnin görünən tərəfləri də var. Maraqlıdır ki, niyə bu hadisədən H.Hacızadənin özünün xəbəri olmayıb. Əgər onlar, doğrudan da, İ.Qəmbərovun sifarişli yazısında olduğu kimi, dövlət çevrilişi edirdisə, deməli, bundan H.Hacızadə də məlumatlıdır. Sonradan isə aşkarlanmış məlumatlara görə, onların dövlət çevrilişində və digər məsələlərdə əllərinin olmadığı aşkara çıxdı. Məlum oldu ki, bu iki yazıq gənc sadəcə olaraq, içkinin təsirindən özlərini idarə edə bilmədiklərinə görə həbs ediliblər. Çünki onların olduğu restoranda başqa gənclər də olub və E.Milli ilə A.Hacızadə həmin gənclərlə mübahisə və dava etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılıblar. İndi İ.Qəmbərov da səhrada su axtaran kimi burada siyasi motiv axtarır. Ola bilərdi ki, bu hadisə elə İ.Qəmbərovun öz yaxın adamının başına gələrdi. Bəs onda onun hansı addım atacağını yəqin ki, hər kəs çox gözəl bilir. H.Hacızadənin oğlu isə sıradan bir partiya həmkarının oğludur. Onun istənilən oyuna cəlb edilməsi isə İsanı zərrə qədər də incitmir. Təki onun maraqları təmin edilsin.

Digər xəbərlər