PDF Oxu

Müxalifət

  • 5

İsa Qəmbərov ara qarışdırmaqla məşğuldur

İsa Qəmbərov ara qarışdırmaqla məşğuldur
Müxalif düşərgədə baş verən proseslər çox ilginc və tükürpədici bir şəkil alıb. Artıq kimsənin düşərgədə baş verənlərdən baş açmağa imkanı tapmır. Çünki uzun sürən müxalifətdaxili ziddiyyətlər nəhayət, özünün kulminasiya nöqtəsinə yüksəlib.
Əslində, düşərgə daxilində baş verən qarşıdurmalarda bəziləri çox maraqlı olduqları üçün də məhz belə halların mövcudluğu onlar tərəfindən adi formada qarşılanır. Düşərgə daxilində istənilən şəxsi güdaza vermək bahasına da olsa, öz şəxsi ambisiyalarını gerçəkləşdirməyə çalışanlar olacaqlardan, təbii ki, xəbərsiz deyillər. Digər tərəfdən adi axarda olan bir məsələni olmazın səviyədə şişirtmək müxalifətin köhnə adətidir ki, bu gün də onlar bu niyyətlərini gizlətməkdə çətinlik çəkirlər.
Müsavat partiyasının başqanlıq postunu əbədi olaraq öz üzərinə götürmüş İsa Qəmbərov bu sıralamada daha öncül yerlərdədir. Hesablamalara görə, o, hətta bu istiqamətdə onu müəyyən dövr üçün qabaqlamış AXCP (i) sədri Əli Kərimovu kölgədə qoyub. Maraqlı bir məqam isə ondan ibarətdir ki, müxalifətdaxili ziddiyyətlərin daima qalmasında maraqlı olanlar məhz bu cür metodlardan istifadə edirlər. Görünür, İ.Qəmbərov kimin göstərişi iləsə bu işlərdə heç seyrçi görüntüsü yaratmaq istəmir. Axı o, ömrü boyu niyyətinin qulu olub. Niyyətinin quluna çevrilmiş bu şəxs indi də, öz partiyadaşlarının hiddət obyektinə çevrilib. Amma görünür, bu məsələ İ.Qəmbərovu az da olsa məyus etməyib. Artıq hər şeydən əli üzülmüş şəxsin iki-üç partiya üzvü tərəfindən daş-qalaq edilməsi onu bir qədər narahat etmir. İndi isə müxalifət cəbhəsində tamam başqa mənzərələr müşahidə edilməyə başlayıb. Cəmiyyətin nifrəti ilə əhatə olunmuş isalar, əlilər və eldarlar qarşıdan gələn bələdiyyə seçkilərində hansı formadasa yalan danışıb aradan çıxacaqlar? Bu, hələlik, müəmmalı qalmaqdadır. Heç bir halda cəmiyyətdən onlar dəstək gəlməyəcəyinə əmin olan müxalifət üzqaraları indidən seçkilərlə bağlı ağızlarına sığa biləcək ifadələr işlətməkdədirlər. Onların belə metod seçərək haçana qədər boşboğazlıq edəcəklərini söyləmək çətin məsələdir. Çünki simasını itirmiş şəxslərdən nəsə bir şey gözləmək qeyri-mümkündür. İ.Qəmbərovun da bu istiqamətdə bütün yollarının bağlanması onu deməyə əsas verir ki, o, artıq özü üçün çıxış variantı axtarır. 16 ildən artıq zaman çərçivəsində Müsavatın başqanı olmuş və bundan sonra da, bu niyyətdən dönməyib.

Digər xəbərlər