Rauf Arifoğlu ilə İsa Qəmbərov arasında münaqişə yaranıb
Düşünmədən addım atan, qərar verərkən tələsən və qərarın hər zaman mənfi nəticələrini görən, bir-birlərinə qarşı düşmənçilik siyasəti yürüdən, zahirən birlik nümayiş etdirmək istəsələr belə, yenə də daxili qalmaqalların qurbanı olan və tədricən dağılıb sonu çatan müxalifətçilər arasında yenə də münaqişə yaranıb.
Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlu uzun müddətdir ki, partiyanın başqanı İsa Qəmbərovun adını özünün qara dəftərinə salıb. R.Arifoğlu müsavatçılarla bağlı qara siyahı hazırlayıb və bu qara siyahıya adı düşənləri bir-birinin ardınca sıradan çıxardıb, bununla da Müsavat partiyasının başqanı olmaq istəyir. Qara siyahıdakı birinci adın İ.Qəmbərov olduğu müəyyənləşib. Çünki R.Arifoğlu çox ciddi sürətdə İ.Qəmbərova qarşı çıxır, onun yürütdüyü siyasəti bəyənmir və işlərində qüsurlar axtarır. Artıq İsa "bəy"in heç bir sözünü dinləməyən və özü müstəqil siyasət yürütmək niyyətində olan Arif "bəy" Müsavat rəhbərinə qarşı tələlər hazırlayır. Hətta vəziyyət elə bir məqama çatıb ki, R.Arifoğlu İsa Qəmbərovla məsləhətləşmədən lYeni Müsavat" qəzetinin redaksiyasını Nərimanov metrosunun yaxınlığındakı binaya xarici təşkilatlardan aldığı maliyyə dəstəyi ilə köçürüb. Bütün bunlar bir daha təsdiq edir ki, İ.Qəmbərova partiya daxilində itaətsizlik yaranıb. Bu itaətsizliyin təməlini qoyan R.Arifoğludur. İsa "bəy" isə bu itaətsizliyin qarşısını almaq üçün çox çalışsa da, hələ ki, konkret nəticə əldə edə bilməyib. Məhz buna görə də, onun partiya rəhbərliyindən istefa verməyə hazırlaşdığı müşahidə olunur.
Yaranmış bu qarşıdurmanın İ.Qəmbərovun və ya R.Arifoğlunun birdəfəlik siyasətdən uzaqlaşanadək davam edəcəyi gözlənilir. Bir zamanlar bir-birinə yalandan can deyib, can eşidən bu "bəy"lərin hazırda dilləri can sözünə nifrət edir və qulaqları can eşitmək istəmir. Özlərinə düşmən kəsilən müsavatçılar nifrət hissinin ən uca zirvəsində dayanaraq bir-birlərinə qarşı zidd addımları gücləndiriblər.