Eldar Namazov siyasi fəaliyyətlə məşğul olmayacaq
Azərbaycan müxalifəti qeyri-adi hərəkətləri ilə Ginnesin "Rekordlar kitabı"na düşməyə "qadirdir" və onlar siyasətdən uzaq insanalardır. Həm də radikallardan baş açmaq mümkin deyil. Yəni, hər gün bir mövqe sərgiləyirlər.
Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan, "ANİF" rəhbəri Eldar Namazov və bu tipli "bərkgedən bəylər" müxalifət düşərgəsini elə bir vəziyyətə salıblar ki, radikal düşərgə, çətin ki, sağala bilsin. Ümumiyyətlə, Azərbaycan müxalifətinin iflic vəziyyətinə salınması məhz yuxarıda adlarını çəkdiyimiz "bəy"lərin fəaliyyəti ilə, daha doğrusu, fəaliyyətsizliyi ilə bağlıdır. Xarici qrantlar hesabına gündəmdə qalmağa çalışan müxalifət "ağa"ları yaman pis vəziyyətə düşüblər. Elə onların QHT haqqında qanuna müxalifətin etiraz etməsi də onunla əlaqədardır ki, "bəy"lər xaricdən qrantlar alırlar və onlar bu "yardımdan" əllərinin çıxmasını istəmirlər.
Gah siyasətdən getdiyini, gah da getmədiyini bildirən "ANİF" lideri E. Namazov, deyəsən, indi artıq mövqeyini qətiləşdirib. Eldar "bəy" qeyd edib ki, o, siyasətdən tamamilə getmir, sadəcə olaraq, radikal fəaliyyətinə son qoymaq istəyir. Çünki "ANİF" rəhbəri radikal "bəy"lərlə bir arada olmaq istəmədiyini bildirib: "Mən İsa, Əli kimi şəxslərlə bir yerdə fəaliyyət göstərmək istəmirəm. Çünki, onlarla bir yerdə fəaliyyət göstərmək insana heç vaxt başucalığı gətirmir".
Beləliklə, bir zaman özlərinə müttəfiq, dost bildikləri insanlarla bir arada fəaliyyət göstərməyi özlərinə ar bilirlər. Əslində, onların siyasətlə məşğul olmalarının özü başucalığı gətirmir.