“Yeni Müsavat” partiyası yaradılır?
Müsavat partiyası daxilində uzun sürən didişmələr və bir neçə qütbə bölünmüş qüvvələr nisbətində baş verən proseslər artıq son həddə çatdı. Heç bir vəchlə daxili intriqalara son qoya bilməyən Müsavat başqanı İsa Qəmbərovun sakitcə kənara çəkilib proseslərin gedişini izləməkdən başqa yolu qalmayıb.
Daxildə isə qarşı-qarşıya dayanmış qüvvələr arasında, sözün əsil mənasında, qırğın gedir. Doğrudur üzdə heç bir məsələnin olmadığını bildirməyə çalışan müsavatçılar, açıq efirlərdə və qəzet səhifələrində bir-birinin ünvanına olmazın ifadələr işlədirlər. Amma kimsə onlara dur deyərək, daxili intraqalara birdəfələik son qoymağın vaxtının çatdığını bildirməyə cürət etmir. Elə bu səbəbdən də, başsız qalmış qüvvələr az qala qana susamış köpəklər kimi diş-dişə dayanıblar. Ola bilsin ki, onların bu münaqişəsinin arxasında hansısa güclü bir maraq və ya qüvvə dayansın. Amma bu da imkan vermir ki, neçə illər boyu çiyin-çiyinə dayanmış şəxslər indi qanlı bıçaq olsunlar. Ona görə də, burada hansısa şəxsi marağın mövcud olmamasını istisna edənlər, nəyə işarə vurduqlarının heç özləri fərqində deyillər. Maraqlı məqam ondan ibarətdir ki, daima pul arxasınca qaçaraq bir çox mətləbləri itirmiş müxalifətçilərdən artıq cəmiyyət imtina edir.
Yetər, 16 ildən artıqdır xalqın gözünün içinə baxa-baxa yalan dınışdınız. Axı sizin hansı yuvanın quşu olduğunuzu hamı gözəl bilir. Bütün bunlara və sadalananlara baxmayaraq, müxalifət düşərgəsində hələ də utanmazcasına kimlərinsə xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxanlar az deyildir. Elə yuxarıda toxunduğumuz Müsavat daxilində olanlar və olmaq istəyənlər də eyni bezin qırağıdır. Partiya daxilində olanlardan heç kəsin baş açmadığını nəzərə alan və özünü bir siyasətçi kimi ətrafındakılara sırımağa çalışan R.Arifoğlu, qarşıdakı ildən partiya başqanlığına gəlməyin asan yollarını axtarır. Onun bu iddiası hazırkı başqan funksiyasını yerinə yetirən İ.Qəmbərovun xətrinə toxunub. Ona görə də, bir xeyli müddətdir ki, başqanla "Yeni Müsavat" qəzetinin baş redaktoru R.Arifoğlu indi baş-başa dayanmalı olublar. Amma yoldaş Qəmbərov artıq mübarizə yaşını başa vurduğuna görə, rəqibinə qarşı güzəştə getmək istəməsə də, ancaq məcbur olur. Çünki R.Arifoğlu artıq bu marağı təmin edilməyəcəyi təqdirdə, çoxdan bəri ürəyində daşıdığı və artıq onun üçün yükə çevrilən partiya yaratmaq iddiasını gerçəkliyə çevirməyi qərara alıb. Onun bu iddiası isə "Yeni Müsavat" partiyasının yaradılmasından ibarətdir.