PDF Oxu

Müxalifət

  • 12

Köhnə müxalifətçilərin yeni ədavəti

Köhnə müxalifətçilərin yeni ədavəti
"Yeni Müsavat" qəzetinin redaksiyasında son günlər gərgin müzakirələr getməkdədir. Qəzetin baş redaktorunun otağı son vaxtlar əməlli-başlı "istintaq otağı" obrazını oynamaqdadır. Belə ki, adıçəkilən qəzetin baş redaktoru ara qaşıdırmaqda mahir usta olan Rauf Arifoğlu bu dəfə keçmiş müdafiə naziri ilə baş naziri qarşı-qarşıya qoymalı oldu.
Redaktorun "kabinəsində" 4 iyun hadisələrinin əsil günahkarı və səbəbkarlarının araşdırılması, sözün əsil mənasında, böyük qalmaqala səbəb olub. Həmişə olduğu kimi, kənardan baş verənlərə həvəslə müdaxilə edən R.Arifoğlu növbəti dəfə sabiq nazirlərin bir-birinin ünvanına səsləndirdiyi hədələrdən xoşhal olan R.Arifoğlu kimlərin sifarişi ilə bu cür situasiyaları reallaşdırdığı olduqca şübhəli məqamlardandır. İndi bir məntiq başadüşüləndir ki, köhnələrin təzə davası, deyəsən, kimlər üçünsə "əyləncə" olub. Ona görə də, yavaş-yavaş yoxa çıxan müxalifət partiyalarının əvəzinə yenilərinin yaranması da çətin məsələ kimi görünür. Çünki bu müxalifət düşərgəsində elə təlim-tərbiyə hökm sürür ki, çətin buradan çıxanlarda salamat baş qalsın. Olan-qalan başlarını da sonradan R.Arifoğlu kimilərinin "tırkası" ilə xarab edənlər indi başlarına döyə-döyə qalıblar. Əsil həqiqət isə ortalıqdadır. Kimdir müxalifətin havadarı? Bu sualın özü də ola bilsin ki, konkret hədəfə ünvanlanmasın. Amma hər halda olanlar və olacaqlar müxalifətin şorbasında kimlərin çömçəsinin olduğunu aşkara çıxarır.
Yayın bu qızmar çağında həmişə elədikləri əməllərə görə, boyunları qızarmış R.Qazıyevlə P.Hüseynovu qarşılaşdırmağa nə ad vermək olar? Olmazdımı ki, onların bu "utancaqlığını" nəzərə alıb belə müzakirələr sərin ayalarda keçirilsin. Görünür kondisionerli, monitorlu otağında cuşə gəlmiş Rauf bayırda olan istidən xəbərsizdir. Əgər belə olmasaydı, o, bir çox məqamlarda soyuq başla qərar verməzdi. Bu bir kənara qalsın, a kişi, yayın bu günündə Pənah "bəy"lə, Rəhim "bəy"in qabaq-qarşıya oturdulması, sözün əsil mənasında, köhnəlmiş söhbətlərə yenidən işıq salmış oldu. Bir tərəfədən Rufu qınasaq da, digər tərəfdən kafi qiymət vermək olar.
Keçmiş nazirlərin 4 iyun hadisələrinə görə, bir-birini ittiham etmələri isə qaranlıq qalmış mətləblərə işıq saldı. O dövrdə olanlar bir daha yad edildi və kimlərin hara, necə işləmələri daha izahlı formada məlum oldu. Qızğın şəkildə o dövrlər kimlərin Gəncəyə Surət Hüseynovun lövbər saldığı hərbi hissəyə göndərilməsi və R.Qazıyevin bu işdə oynadığı rol, bunun qarşılığında P.Hüseynovun baş nazir olduğu müddətdə etdikləri keçmiş nazirlər arasında ən kəsin forma alana qədər şişirdildi.
Onlar arasındakı kəskin müzakirə olunan məqəmlardan biri də, R.Qazıyevin hərbiyə aid döş sancağının Rusiyanın təhlükəsizlik naziri Brannikovun xanımına bağışlanmasıdır. P.Hüseynov elə o vaxtlardan başlayaraq ordunun malını R.Qazıyevin taladığını bildirdi. Onun qarşılığında R.Qazıyev həmin sancağın bir BTR təkəri dəyərində olmadığını və onun qarşılığında xeyli sayda silah-sursatın əldə edildiyini söylədi. Kəskin və ifşaedici tərzdə davam edən tərəflərin söhbəti sonluqda da R.Arifoğlunun ssenariləşdirdiyi kimi atmacalarla yekunlaşıb. Bütün bunlar və olanlar isə dediklərimizin heç də, yalan olmadığını isbatladı ki, müxalifət düşərgəsində araqarışdıranlar öz işlərindən geri qalmırlar.

Digər xəbərlər