PDF Oxu

Müxalifət

  • 14

“Yurd” erməni lobbisinə meyillənir”

“Yurd” erməni lobbisinə meyillənir”
Radikal müxalifətin hansı mənbələrdən maliyyələşdiyi heç kəsdə şübhə doğurmur. Hər kəsə məlumdur ki, onları maliyyələşdirənlər Azərbaycan dövlətinin əleyhinə olan insanlardır. Görəsən, 5-10 manat pula görə öz xalqını, dövlətçilik maraqlarını satan qüvvələr nə əldə etmək istəyirlər? Belə olan tədqirdə, onların hakimiyyət sevdası baş tutan deyil. Çünki xalq "bəylər"in hansı mənsəbə, hansı əqidəyə xidmət etdiyini gözəl bilir. Xalqına, dövlətinə və doğulduğu torpağına xəyanət edən insanların siyasi ömrü çoxdan bitib. Sadəcə olaraq, onlar ermənipərəst qüvvələrin maliyyə yardımı ilə ömür sürürlər, daha dəqiqi sürünürlər. Əslində, AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan və bu tip insanlar buna layiq insanlardır.
Müxalifətçilər arasında da qalmaqal bitmir. Gah Ə.Kərimov-İ.Qəmbərov, gah L.Hacıyeva-Ə.Temirxan və gah da digərlərinin münaqişəsi bitmək bilmir. Bu da, onu deməyə əsas verir ki, çirkin əməllər sahibi olan radikal "bəy"lər o qədər ağılsızdırlar ki, özlərilə yola getməyi bacarmırlar. Lakin hərdənbir görüntü xatirinə "birlik", "blok" yaradırlar ki, əslində, həmin təşkilatların "fəaliyyəti" elə səviyyəsiz "bəy"lərin səviyyəsi qədərdir və həmin "birlik"lərin ömrü də 2-3 günlük olur. Əslində, Müsavat başqanı İ.Qəmbərov, AXCP (i) sədri Ə.Kərimov, "MBH" rəhbəri L.Hacıyeva və eləcə də, ADP sədri Sərdar Cəlaloğlu kimi simasız insanların yaratdığı təşkilatlar da bundan artıq olmaz. Artıq müxalifət öz "fəaliyyəti"ni çoxdan bitirib. İndi də onlar bir-birlərini ifşa etməklə məşğuldurlar.
Belə ki, "MBH" lideri L.Hacıyeva "Yurd" şefi Ə.Kərimovu ermənilərlə əməkdaşlıq etməkdə ittiham edib: "AXCP (i) sədri Ə.Kərimov hər zaman bizi xarici ermənipərəst qüvvələrlə əməkdaşlıq etməkdə suçlayır. Ancaq heç kəsə sirr deyil ki, "Yurd" şefi özü ölkəmiz əleyhinə olan qüvvələrlə əməkdaşlıq edir. Ə.Kərimovun fəaliyyəti millətimizə, dövlətçiliyimizə qarşı yönəlib" deyə "MBH" lideri qeyd edib.
Beləliklə, radikal "bəylər"in biri-birilərini ifşa etməsi ondan xəbər verir ki, onlar avropalı himayədarlarına satqınçılıq edib, pul əldə etmək üçün bir bəhanə tapmırlar. İndi də özləri-özlərini satmaqla, ifşa etməklə həm gündəmdə qalmaq, həm də xaricilərdən qrant əldə etmək istəyirlər. Belə ki, radikallar gah ölkəmizdə keçirilmiş seçkilərdən, gah da "siyasi məhbus" məsələsindən (əslində, onların bütün arqumentləri, fikirləri yalan, böhdandan başqa bir şey deyil) yararlanmağa cəhd ediblər. Onsuz da səviyyəsiz, simasız, siyasi bacarığı olmayan insanlardan hər nə desən gözləmək olar. Çünki onların pis əməllərdən, ağa qara deməkdən başqa əllərindən heç bir iş gəlmir.

Digər xəbərlər