PDF Oxu

Müxalifət

  • 5

İsa Qəmbərov çirkin niyyətlə Rusiyaya hazırlaşır

İsa Qəmbərov çirkin niyyətlə Rusiyaya hazırlaşır
Müsavatçıların "bəy"i İsa Qəmbərov Rusiyaya səfərə hazırlaşır. Onun Rusiyaya səfəri Azərbaycanın əleyhinədir. Hamıya məlumdur ki, İ.Qəmbərovun xarici ölkələrə səfərləri ölkəmizin mənafeinə zidd olur. Bu səfər də şübhəsiz ki, əvvəlki səfərlərin təkrarıdır.
İ.Qəmbərov Moskvaya gedərək oradakı anti-Azərbaycan mövqeli qüvvələrdən maliyyə dəstəyi almaq, Gürcüstan və Ermənistanda baş verən hadisələri Azərbaycanda təkrarlamaq istəyir. İsa "bəy"in bütün planları kimi, bu planının da baş tutmayacağı təbiidir. Müsavat başqanının ölkəmizdə iğtişaş yaratmaq cəhdlərinin, milli mənafeyimizə zidd hərəkətlərinin ənənə halını alması hər kəsə bəllidir. Hazırda isə iğtişaş yaratmaq üçün Rusiyadakı Azərbaycana düşmən olan bəzi qüvvələrdən maliyyə dəstəyi almağa gedən İ.Qəmbərovun oradan üzüqara geri dönəcəyi məlumdur. Ölkəmizi sevməyən həm daxili, həm də xarici qüvvələrin bu çirkin əməllərinin ifşa olunması millətimizi hər zaman sevindirir.
Müsavat partiyası onsuz da dağılaraq məhv olmaq ərəfəsindədir. Partiya başqanının bu cür iyrənc, səviyyəsiz hərəkətləri də həm özünün, həm də partiyanın son dərəcə alçaq bir vəziyyətə düşdüyündən xəbər verir. Əgər müsavatçılar həqiqətəndə vətənpərvərdirlərsə, İ.Qəmbərovu belə çirkin niyyətlə Rusiyaya səfərə hazırlaşmasına görə, partiyadan qovmalıdırlar. Amma inandırıcı deyil ki, müsavatçılar belə bir addım atsınlar. Çünki onlar İ.Qəmbərovun bundan əvvəlki niyyətlərinin də son dərəcə çirkin, xalqımızın, vətənimizin əleyhinə olduğunu bilsələr də, partiya rəhbərinə qarşı heç bir etiraz səslərini ucaltmayıblar. Yaxşı olardı ki, müxalifətçilər bu cür çirkin əməllərə son qoysunlar. Əslində, onların Azərbaycanda aldıqları hər bir nəfəs günahdır. Xalqın səbr kasası bu ikiüzlü satqınlara qarşı artıq dolub. Belə gedərsə, millətimiz İ.Qəmbərov, Əli Kərimov, Rauf Arifoğlu, Lalə Hacıyeva və onlar kimi digər bəd əməlli insanları vətənimizdən qovacaq.

Digər xəbərlər