“KXCP” sədrinin Qarabağ forumunun keçirilməsi təklifinə əqidə yoldaşları dəstək vermir
Müxtəlif qurumlar, siyasi partiyalar siyasi arenanı tərk etmək ərəfəsində hər zaman müxtəlif ideyalar, təkliflərlə çıxış edib. Bununla da gündəmdə qalmaq, siyasi varlıqlarını cəmiyyətə nümayiş etdirməyə çalışırlar. Bu nöqteyi-nəzərdən bəzi müxalifət partiyaları Qarabağ məsələsindən daha çox yararlanmağa və bu məsələdən öz siyasi maraqlarının ifadə edilməsi üçün daha çox səylər göstərir.
"Demokrat Uğrunda İttifaq" bu qəbildən olan qurumlardandır ki, Qarabağ mövzusundan daha çox yararlanmağa cəhdlər göstərir. "KXCP"-nin sədri Mirmahmud Fəttayev Qarabağ forumunun keçirilməsi təklifi ilə çıxış edib. Baxmayaraq ki, bir qədər əvvəl "KXCP" sədri belə bir ideya ilə çıxış etsə də, bu ideya əqidə yoldaşları tərəfindən dəstək əldə edə bilməmişdir. Hətta AXCP (i), Müsavat, ADP və bu kimi digər partiya sədrləri M.Fəttayevi siyasi manipulyasiya etməkdə günahlandırmışdılar. Yenidən "KXCP" sədrinin belə ideya ilə çıxış etməsi, onu deməyə əsas verir ki, M.Fəttayev Qarabağ məsələsindən öz siyasi maraqlarını istifadə etməyin yeganə çıxış yolu olduğunu görür və buna görə də, bu ideyadan əl çəkmək istəmir. Maraqlı məqam isə ondan ibarətdir ki, M.Fəttayev daha çox hakim dairələrin bu tədbirdə iştirak etməsinə səylər göstərdi. Bununla bağlı ölkə Prezidentinə müraciət edib və bu tədbirə münasibət bildirilməsini istəyir.