Uzun sürən mübahisələrdən sonra, nəhayət ki, AMİP daxilində ziddiyyətlər özünün pik nöqtəsinə çatmalı oldu. Heç kəsin baş çıxarmadığı müxalifət düşərgəsində AMİP-in düşdüyü bəlanın da dava-dərmanı tapılmıdı ki, tapılmadı. Kimi AMİP-i öz partiyasını, kimi isə onun başına keçmək istəyini açıq şəkildə büruzə versə də, nəticədə bu fikirlər elə fikir olaraq da, qaldı. Çünki partiya daxilində elə ziddiyyətli məqamlar ortaya çıxdı ki, heç ondan cin-şeytan da baş aça bilmədi.
İndi isə AMİP-in ümidi ancaq tükdən asılı vəziyyətdə qalıb. Funksionerlər isə qurumun müasir bazar qaydalarına uyğun olaraq hərəcca çıxarılmasını və əldə ediləcək məbləğin bölüşdürülməsini təklif edirlər. Amma görünür, bu məsələdə də AMİP-çilər tələsmək istəmirlər. Və yaxud da tələsmək istəyənlərə tələ quranlar, olanları və olacaqları qabaqlamağa çalışırlar.
Digər maraqlı bir epizod isə ondan ibarətdir ki, müxalifətin ümumi xəstəliyindən kənara qaça bilməyənlər, AMİP-i də, nəhayət ki, öz güdazlarına verməli oldular. İndi artıq AMİP-in dalınca ağlayan gözlərin yaşını silən olmayacaq. Qurumda Əli Orucovdan başqa bir başıpapaqlının qalmadığından, burada kimsənin təəssüflə qarşılayacağı bir problem qalmayıb. Ona görə də, məqsəd və məramın bəlli olmadığı bir şəraitdə qurumun fəaliyyətinə xitam verildikdən sonra, narazı qalan şəxslərin artıq narahatçılığına əsas yeri qalmayacaq. Bu şad xəbər isə ondan ibarətdir ki, AMİP-i Etibar Məmmədovun "xeyir-duası" ilə həracca çıxarılır. Məhz bu metodla narazıların ağzını yummağa çalışan E.Məmmədov onsuz da siyasətdən salamat çıxdığı, başını bu cür işlərlə ağrıtmaq istəyində olduğunu gizlətməyib. Elə bu səbəbdən də, qurumun gələn həftə hərrac yolu ilə satışa çıxarılaraq satılması planlaşdırılıb. Quruma kimin sahib duracağı barədə də artıq məlumatlar gəlməkdədir.
Əldə etdiyimiz xəbərlərə görə, AMİP-i özəlləşdirmək üçün Rəsul Quliyev 157 milyon ABŞ dolları ödəməyə hazır olduğunu bildirib. Kənardan müxalifət düşərgəsinə pusquda durmuş çaqqal kimi yanaşan R.Quliyev bir balaca ayağı büdrəyən müxalifətçini və partiyanı satın almağa çalışır.
Qeyd edək ki, AMİP-in satılması barədə xəbərlər yayıldıqdan sonra, AMİP-çilər bir kənara "ACP"-çilər təlaşa düşüblər. Səbəb də R.Quliyevin həmin qurum almaq barədə eşqə düşməsidir. Ona görə də, hazırda müxalifət düşərgəsində gizlin-gizlin müzakirə olunan məsələ də bu istiqamətdədir. Yaxın zamanlarda isə AMİP-in satılacağı və "ACP"-nin bağlanacağı görünən və görünməyən tərəflərdir.