PDF Oxu

Müxalifət

  • 13

Çirkaba bulaşmış müxalifət aləminə səyahət

Çirkaba bulaşmış müxalifət aləminə səyahət
Azərbaycan müxalifətindən hər nə desən gözləmək olar, bircə normal işlərdən başqa. AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan, ADP sədri Sərdar Cəlaloğlu və bu tipdə olan radikal "bəy" lər Azərbaycan müxalifətinin, xalqının üz qarasıdır. Onlara nəinki bir dövləti, heç bir qoyun sürüsünü də etibar etmək olmaz. Belə ki, bir günün içində həmin kəndi viran qoyarlar. Məhz, buna görədir ki, xalq neçə illərdir onlara cüzi də olsa dəstək verilir. Çünki, ötən əsrin 90-cı illərinin əvvələrində onların qısamüddətli hakimiyyəti dövründə ölkənin hansı vəziyyətə düşdüyünü xalqımız çox gözəl bilir. Ölkədə anarxiya, aclıq, müharibə və.s Məhz sadaladığımız bütün bunlar "bəy" lərin iqtidarda olduğu zamanın ağır nəticələridir. Belə olduğu tədqirdə onların yenidən hakimiyyət sevdasına düşmələri isə başa düşülən deyil. Görünür, onlar "siyasətçilik" peşələrindən əl çəkmək istəmirlər. Əslində, onların siyasətdə qalıb qalmamalarının da o qədər fərqi yoxdur. Çünki, cansız (ölü) balığı istər suda saxla, istərsə də quruda fərq etməz. Qısası demək olar ki, radikal düşərgə ÇİRKABA BULAŞIB. Bu çirkabdan onlar heç zaman xilas ola bilməyəcəklər.
Məlumata görə, bir müddət öncə siyasətdən uzaqlaşdığını bəyan edən "ANF" rəhbəri Eldar Namazov, yenidən "siyasətə qayıtmaq" qərarına gəlib. Belə ki, o, uzun müddətdir ki, sədr seçə bilməyən AMİP-ə rəhbər gəlmək istəyir. Bununla bağlı E.Namzovun adıçəkilən partiyanın daxilində iş gördüyü də qeyd olunur. "ANF" rəhbərinin bu istəyinə nail olub-olmayacağını isə gələcək göstərəcək.

Digər xəbərlər