Müsavat ADP-yə birləşdirilir
Uzun sürən müxalifət daxili didişmələr və dartışmalar nəhayət ki, özünü ayrı-ayrı gərgin çalarlarda büruzə verir. İstənilən bir şəxs müxalifət daxilində olanlara izah verə və olanların səbəbini açıq şəkildə ifadə edə bilir. Digər bir tərəfdən isə müxalifət düşərgəsində olanların başqa bir səbəbi də mövcud deyil ki, adamın ağlına ayrı fikir gəlsin. Məsələ burasındadır ki, özlərini küçə uşağı kimi aparan müxalifətçilər elə həmişə də, küçə səviyyəsində də qiymətə layiq görülüb.
Başqa bir yanaşma tərzi isə ondan iabərətdir ki, özü-özünü cəmiyyətə bu cür təqdim edən müxalifət bunun qarşılığında nə gözləyirdi? Bu, çox maraqlıdır. Elə bu səbəbdən də, mütəmadi olaraq, müxalifət düşərgəsində olanlara bir qədər göz gəzdirdikdə, başqa-başqa prosesləri müşahidə etmək olur. Lap bu yaxınlarda baş verən Azərbaycan Demokrat Partiyası və Müsavat partiyasının birləşməsi barədə gələn xəbərlər də, görünən olyayların görünməyən tərəfləri idi. Amma öz aramızdır, bu Sərdar Cəlaloğlu Rəsul Quliyevlə "kəbin", "nigah"nı pozduqdan sonra lap ağ eləyib. Bu müxalifət düşərgəsində bir "kişi" tapılmır ki, çıxıb onun ağzına bir sillə vursun. Desin ki, bəsdir, özünü ağıllı apar. Elə ona görə də, uşaqlıqda öz məhlələrində çoz döyülmüş Sərdar, indi müxalifət düşərgəsində "dərə xəlvət, tülkü bəy" məsələsinə uyğun olaraq "lotuluq" edir. Sübut kimi üç-dörd həftə bundan öncə Azərbaycan Milli İstiqlal Partiyasına göz dikən S.Cəlaloğlunun indi də gözü Müsavata düşüb. Deyir elə "dədəm mənə kor deyib, gəlib-gedənə vur deyib" məsəli olmasın, "mən deyən olmalıdır". Sadəcə olaraq, bizləri də çaş-baş salmayan və salan məqamlardan bir də ondan ibarətdir ki, ağız dolusu danışanlar, indi Sərdarın payını verə bilmirlər. Daha dəqiqini desək, onlar S.Calaloğlundan çəkinirlər. Guya heç nə olmamış kimi AXCP (i) sədri Əli Kərimov, "KAXCP" sədri Mirmahmud Fəttayev, ALP lideri Lalə Hacıyeva və Eldar Namazov eşitdiklərini və gördüklərini qulaq ardına vurmaqla məsələdən bixəbər tərzdə uzaq durmağa çalışırlar. Başa düşmək olmur ki, bu yoldaş Cəlaloğlu nə bəla olub düşüb bunların başına ki, indi də, bundan qurtula bilmirlər.
Yuxarıda sadaladığımız kimi hazırda S.Cəlaloğlunun "radarına" düşən qurbanlardan biri Müsavat partiyasıdır. Son günlər də məhz müxalifət düşərgəsində daha çox dartışılan məsələ ADP-Müsavat problemidir. İndi də gündəmdə olan məsələ barəsində müxalifətçilərin özləri də söz deməyə çəkinirlər. Çünki S.Cəlaloğlu onlara elə qulaqburması verib ki, kimsənin ağzı nədir, ona bir söz desin. İ.Qəmbərov da, hələlik, ağzını açıb körpə uşaq kimi olub- keçənləri seyr etməklə kifayətlənir. Bir tərəfdən də insanda olduqca böyük bir maraq doğurur ki, görəsən, S.Cəlaloğlu nə səbəbə bu cür hərəkətlər edir? Lap yaxın bir zamanlarda ADP-Müsavat birləşməsinin tamam başqa bir formada ayrıntılarının olacağını hər kəs görəcək. Artıq müxalifətin bu cür eybəcərliklərinə alışmış cəmiyyətimiz də onları, sadəcə olaraq, gülüş hədəfinə çevrilməklə qarşılayır.