AXCP (i)-nin qurultayında Əli Kərimov partiya sədrliyindən uzaqlaşdırılacaq
Azərbaycanın üz qarası olan radikal müxalifət artıq dəryada çabalayan balığa bənzəyir. Sözsüz ki, bu dəryanı zəhərləyən elə onların özləridir. "Bəy"lərin zəhərlənmiş dəryadan xilas olunacağı heç də inandırıcı görünmür.
Çünki onlarda o fərasaət, cəsarət, ağıl hardadır ki, xilas da ola bilsinlər. Əgər sadaladığımız keyfiyyətlərdən biri bu radikallarda olsaydı, o zaman onlar çoxdan bacara bilmədikləri siyasətdən gedərdilər. Ancaq deyəsən, özləri istəməsə belə artıq siyasət aləmi ilə vidalaşmağa başlayıblar. Əvvəl heç bir fəaliyyəti olmayan "ACP"-nin lideri Rəsul Quliyev, hələ də sədr üzünə həsrət qalan AMİP-in lideri Etibar Məmmədov, "ANİF"-nin rəhəbri Eldar Namazov bu addımı atdılar. Gərək, bu digər radikal "bəy"lərə də "nümunə" olsun. Çünki onlar istəməsələr belə bu addımı atmağa məcbur olacaqlar. Səbəb çox sadədir. Yəni, heç bir sosial bazaya malik olmayan, neçə illərdir xalqın dəstəyini qazana bilməyən AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, Müsavat başqanı İsa Qəmbərov və digərləri axır ki, siyasətdən (düzdür, onsuz da onlar siyasətlə məşğul olmayıblar) gedəcəklər.
Heç bir sosial bazaya malik olmayan partiyalardan biri də heç şübhəsiz ki, AXCP (i)-dir. AXCP-ni bir neçə yerə parçalamağa nail olan Ə.Kərimov indi də qurultay sevdası ilə yaşayır. "Yurd" şefi belə hesab edir ki, partiyanın qurultayını keçirməklə bəlkə xarici "sponsor"lardan nə isə əldə edə bildi. Lakin adıçəkilən partiyanın rəhbərliyində təmsil olunan Nürəddin Məmmədli bildirib ki, qurultayda AXCP (i)-nin rəhbərliyində ciddi dəyişiklik olacaq. Onun sözlərinə görə, partiya üzvləri Əli bəyin istefasını tələb edir və qurultayda Ə.Kərimov partiya rəhərliyindən uzaqlaşdırılacaq. Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, "Yurd" şefi də artıq siyasətə "əlvida" deyəcək.