PDF Oxu

Müxalifət

  • 11

Müxalifətin birləşmək dərdi

Müxalifətin birləşmək dərdi

Prezident seçkilərində istəklərini reallaşdıra bilməyən radikal müxalifət qarşıdakı bələdiyyə seçkilərində çirkin əməllərini həyata keçirəcəyinə ümid edir. Belə ki, prezident seçkilərindən öncə elan olunmuş "Müxalifətin Əməkdaşlıq Mərkəzi", hələ ki, arzu olaraq qalmaqdadır. Seçkiöncəsi "MƏM"-in müvəqqəti birlik olmadığını görən Müsavat susur, AXCP (i) isə qeyri-müəyyən durumdadır. Bunun nəticəsi eforiyadır.
Neçə müddət idi ki, "Azadlıq" bloku Müsavatın bu quruma daxil olmasını, blokun genişlənməsini təklif edirdi, Müsavat isə "KAXCP", ADP və AMİP-in də yeni yaranacaq birliyə qoşulmasını istəyirdi. Bu fikir dartışması sonda mətbuat savaşı ilə bitdi. Amma baş tutmadı. Hazırda Müsavatyönlü mətbuatda "Azadlıq" blokuna daxil olan partiyalar, AXCP (i)-nin qəzetlərində isə Müsavat aşağılanır, müxalifətin birliyini pozmaqda suçlandırılır. Maraqlıdır ki, Müsavat Partiyasının rəhbərliyi baş verənlərə münasibətdə yekdildir. Onlar hesab edir ki, Müsavat bir papkalı, bir sədrli "ANİF", ALP və "VİP"-lə deyil, yalnız yerli strukturları olan AXCP (i) ilə müttəfiqlik edə bilər. Bu mövqe "Azadlıq" partiyalarının qəzəbli reaksiyasına səbəb olub. "VİP" və ALP liderləri mətbuata açıqlamasında Müsavatın özünün də gücdən düşdüyünü dilə gətirir, bu partiyanın "Azadlığ"a daxil olmasını təklif edirlər. AXCP (i), hələ ki, susqunluq nümayiş etdirir. Siyasi analitiklərə görə, bu, AXCP (i)-nin hazırkı gərgin vəziyyəti ilə bağlıdır. Bəllidir ki, bu fakt, ilk növbədə, Ali Məclisin sabiq sədri Qulamhüseyn Əlibəylinin yeni partiya yaratması ilə bağlıdır. Belə ki, bir neçə müddət öncə təsis qurultayını keçirən "Aydınlar Partiyası"nın AXCP (i)-dən sosial baza qoparacağı bəlli məsələdir. Qulamhüseyn Əlibəyli vurğulayıb ki, fərdi maraqları öndə tutanlar birləşə bilməzlər.
Müsavatyönlü mətbuatın yazdığına görə, artıq AXCP (i)-dən qopmalar başlanıb. Partiyanın özəlliklə, cənub rayon təşkilatları "Aydınlar Partiyası"na üz tutur. Müsavatın qara piarının güclənməməsi üçün AXCP (i) isə öz diqtəsini davam etdirir. Bu isə, o deməkdir ki, radikal düşərgə yeni bir qarşıdurma zonasına çevrilir. Parlament seçkiləri ilə bağlı müxalifətin cəbhələşməsi davam edir.

Digər xəbərlər