AXCP (i) Müsavat qarşılaşması
Dünyada baş verən maliyyə böhranının ölkəmizə təsiri olmasa da, müxalifət düşərgəsi əməlli-başlı əsir-yesir olub. Burada maraqlı bir tərəf isə ondan ibarətdir ki, nəyə görə müxalifət bu cür vəziyyətə düşüb. Elə bu səbəbdən də müxalifətin bağlı olduğu mühüm mənbələri və mənsəbləri aydınlaşdırmağa çalışdıq. Düşərgə daxilində olanların heç biri ömrü boyu normal bir insani və siyasi mövqeyə malik olmadıqları üçün onlardan Azərbaycan cəmiyyəti hələ indiyədək heç bir fayda görməyib.
Cəmiyyətin adından danışmaqla öz maraqlarını gerçəkləşdirməyə çalışan qüvvələr, bir çox məqamlarda xalqımıza qarşı həqarət etməyi də yaxşı bacarırlar. Xalqın adından danış, onun imtiyazlarından istifadəyə cəhd göstər, öz işinin xeyrinə gəldikdə isə ona laqeyd və ögey münasibət göstər. Bütün bunlar bizim müxalifətin çirkin sifətidir. Yoxsa, onlardan başqa bir şey uman olmayıbdır ki, indi də desinlər biz lazımıq. Həmişə özləri-özlərini gözə soxmağa çalışıblar. Bizlər isə onların bütün məqamlarda çirkin işlərinə və niyyətlərinə yenə də göz yumaraq yol göstərmişik. Amma indi vəziyyət tamam başqa məcradadır.
Artıq Azərbaycan cəmiyyətində böyüyündən tutmuş, kiçiyinə qədər hamı isaları, kərimovları, namazovları və digərlərinin sifətlərinin ən çirkin nöqtələrini görüblər. Ona görə də, belə bir situasiya ortada ola-ola cəmiyyətin bu tipə aid olanlara ayaq verməsi mümkün olan şey deyil. Məhz, bu baxımdan da, müxalifət öz maraqları və ambisiyalarını reallığa çevirəcək yemini tamam başqa yerlərdə axtarıb. İndi isə hər kəs də bilir ki, onlar bu yem mənbələrini də məlum ediblər. Elə yuxarıda toxunduğumuz məsələ də, ölkəmizin uğurlu siyasi və iqtisadi nəticələri qarşılığında müxalifətin iflic olmasıdır. Bunun səbəblərinə gəlincə isə, qeyd etdiyimiz kimi, müxalifətin özünə kənarda axtarıb tapdığı yem mənbələrinə dəyən iqtisadi böhranın nəticələridir. Çünki bu gün bütün Avropa və qonşuluğumuzda olan bir sıra ölkələr bu cür çıxılmaz prinsiplə üz-üzə çarpışmaqdadır. Azərbaycanda isə, çox şükürlər olsun ki, aparılan məqsədyönlü uğurla iqtisadi və düşünülmüş siyasət nəticəsində bu cür xoşagəlməz hallardan heç əsər-əlamət də yoxdur. Amma niyə bizim müxalifət indi əvvəlkindən fərqli olaraq daha səfil vəziyyətinə düşüb. Səbəb isə onların qeyd etdiyimiz mənbələrdən qidalanmasıdır. AXCP (i) - Müsavat qarşıdırması da eyni aqibətin və eyni ssenarinin nəticəsində baş verən bir olaydır. Etiraf etmək lazımdır ki, Müsavat divanında və mərkəzi aparatında Əli Kərimovun, AXCP (i)-nin adı gələndə həmişə ağız büzülüb.
Tarixə nəzər salsaq, hər iki partiyada təmsil olunan və hər iki quruma sədrlik edən şəxslərin zaman-zaman bir-birinə qarşı düşməçilik münasibətində olması barədə faktlarla rastlaşmaq olar. Amma bir vaxtlar isə, guya bunlar aralarında olub keçmişləri unudub canbir qəlbdən "qardaş" olublar. Doğrusu, onların bu cür münasibətinin səmimiliyi barədə ilk vaxtdan insanda müəyyən təəssürat yaransa da, bu işin tərəflərinə bələd olan adam kimi deyə bilərəm ki, onlar istənilən məqamda bir-birini boğub öldürməyə hazır olublar. Ola bilsin ki, hansısa, bir zərurətdən və yaxud səbəbdən bir ağızdan danışıblar. Bu isə məsələnin həlli deyil. Məsələnin tamamilə həlli isə hər iki şəxsin, ümumilikdə, müxalifətçilikdən və siyasətçilikdən getməsidir. Bəlkə də, bunlar özlərinə aid bir işlə məşğul olsaydılar, indi daha münasib və özləri üçün normal olardı. Ola bilsin ki, indi onlara hansısa bir məktəbdə şagirdlər, müəllim də deyirdilər. Amma yenə də, qorxuludur. Bunlardakı bu cür niyyət var, onları heç hamamçı bir kənara qalsın kisəçi də qoymaq olmaz. Məsələn Ə.Kərimovu hamamda kisəçi qoymaq olarmı? Eyni zamanda, İ.Qəmbərovu hansısa bir hamama müdir qoyurlar. Burada o, camaatı kanalizasiya suyu ilə çimizdirib, təmiz suyu satasıdır. Eybi yox, təklif edərdim ki, onlar siyasəti barıxıb elə hamamçı və kisəçi olsunlar. Çünki, artıq ölkəmizə gələn xaricilərin qarşısını almaq olmur. Bu da özlüyündə müəyyən adamların bazarına xeyirdir. Bazar olsun.