PDF Oxu

Müxalifət

  • 8

Lalə Hacıyeva meydanda təklənib

Lalə Hacıyeva meydanda təklənib
Müxalifət daxilində baş verən proseslər onu deməyə əsas verir ki, artıq düşərgə tamamilə iflic olub. Hər zaman dava-dalaşla, satqınçılıqla gündəmdə qalmağa çalışan radikallar, artıq öz əməllərinin cəzasını alıblar.
Belə ki, 15 ildən artıqdır ki, hakimiyyət sevdası ilə yaşayan Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva və onun əlaltısı olan ALP-nin sədr əvəzi Əvəz Temirxan və digərləri xalqın dəstəyini ala bilməyiblər. Təbii ki, xalqımız yaxşı anlayır ki, siyasətdən bixəbər "bəy"lərin hakimiyyətə gəlməsi Azərbaycanın süqutu ilə nəticələnər. Ona görə də, xalq onların "iqtidara gəlmək" istəyini ürəyində qoyub. Sözsüz ki, radikalların - İ. Qəmbərovun, Ə. Kərimovun, L. Hacıyevanın və qeyrilərinin iç üzünə bələd olan ölkə vətəndaşları, onlara heç zaman dəstək olmayacaq. Xalq onlardan birdəfəlik üz çevirib. Bəs daxili və xarici dəstəkdən məhrum olan "bəy"lərin çarəsi nədir? Yalnız "siyasətdən" üzüsulu (əgər üzlərində su varsa) getmək.
Radikallar arasında qırğın, savaş, hələ də davam etməkdədir. Biri-birilərinin boğazından söz keçirə bilməyən "bəy"lər özləri öz günahlarını, çirkin əməllərini açıb tökürlər. Bu da onların hansı əqidəyə, hansı mənsəbə xidmət etdiyindən və hansı ağılın sahibi olduqlarından xəbər verir. ALP-nin sədr əvəzi və başı qalmaqallara qarışdığından subaylığın daşını ata bilməyən Ə.Temirxan, bir zaman göstərişlərini yerinə yetirdiyi və əlaltısı olduğu L.Hacıyevanı özünün birinci dərəcəli düşməni elan edib. Heç kəsə sirr deyil ki, "MBH" lideri bir zaman sədri olduğu ALP-ni əlində saxlamaq üçün hələ də adıçəkilən partiyaya sədr seçilməsinə imkan vermir. Bu isə Ə.Temirxanın etirazına səbəb olub. Çünki ALP-nin sədr əvəzi "MBH" lideri L.Hacıyevaya qarşı çıxaraq, özünü partiya sədri seçdirmək istəyir. Beləliklə, bununla da yeni qarşıdurmanın əsası qoyulub.

Digər xəbərlər