PDF Oxu

Müxalifət

  • 9

AMİP bölüşdürülür

AMİP bölüşdürülür
Azərbaycan Milli İstiqlal Partiyası, nəhayət ki, uzun sürən çarpışmaların və dartışmaların nəticəsində özünün acı sonluğuna çatmalı oldu. Artıq üç əldən də çox bir müddətdə AMİP-ə bir başı papaqlı tapılmadı ki, sədrlik etsin. Bir neçə il AMİP-ə sədrlik etmiş, indi isə alverlə məşğul olman Etibar Məmmədovdan sonra, quruma davamlı şəkildə sədr seçmək əməlli-başlı problemə çevrildi. E.Məmmədov siyasətdən bir şey çıxmadığını qətiləşdirdikdən sonra özünün köhnə və sevimli işinə başı qarışdığından, gəlib sədrlikdən istefa vermək də tamam yadından çıxmışdı. Nəhayət, uzun sürən çarpışmalardan sonra E.Məmmədov partiyadan istefa verərək, birdəfəlik siyasət meydanını tərk etməli oldu. Bir çoxları E.Məmmədovun qurumdan getməsi sonrası, burada normal mühitin yaranacağını iddia etsələr də, nəticə proqnozlaşdırılanların əksini sübut etdi. İndi isə AMİP-in işi elə bir dalana dirənib ki, heç şeytan da bundan başa aça bilmir. Çünki bütün fəaliyyətləri boyu öz işlərini ancaq şeytanın əli ilə qurdaladıqqlarını dolayı yolla da olsa təsdiqləyiblər. Maraqlı bir faktı isə ondan ibarətdir ki, partiyanın indiyədək əldə etdiklərini tamamilə yeyib taladıqdan sonra qurumdan uzaqlaşan E.Məmmədov, sonradan gələnlər üçün heç nə saxlamadığına görə, burada kiminsə qərar tutması müşkül məsələyə çevrildi. Artıq bu müşkül AMİP-in sonluğunu yaxınlaşdırıb. Elə bu səbəbdən də, E.Məmmədovdan sonra AMİP-in sədrlik postuna yiyələnmiş Ayaz Rüstəmov burada qərar tuta bilmədi. Çox keçmədi ki, A.Rüstəmov E.Məmmədovun tör-töküntüləri üstündə işləyə bilməyəcəyini əsas gətirərək, qurumun sədrlik postundan istefa verməli oldu. AMİP-in qara günlərinin üstünə artıq bir də sədrlik dərdi əlavə edildi. İndi isə AMİP-in bu dərdinə əlac tapan olmadı. Elə bu səbəbdən də qurum daxilində yaranmış intriqalar artıq özünün kulminsaya nöqtəsinə çatmalı oldu. Bir müddət öncə Fəqqan Məhərrəmovun AMİP-ə sədr gətirilməsi məsələsi üstündə işlənilsə də, sonluqda müəyyən maraqlar müstəvisində onun bu kürsüyə əyləşməsinə imkan verilmədi. İndi isə AMİP maraqlar müstəvisinə bölünməkdədir. Artıq partiyada bir qədər əməyi olanlar da buradan öz maraqları naminə müəyyən imtiyazlar əldə etməyə çalışırlar.
Partiyanın işində daha çox can qoyduğunu iddia edən Əli Orucov isə AMİP-i kimin idarə etməsində asılı olmayaraq, onun burada ən yüksək səviyyədə maraqlarının təmin olunmasına şərait yaradılmasının vacibliyini iddi edir, əks təqdirdə isə Ə.Orucov daha prinsipial vasitələrdən istifadə edəcəyini bildirir. Bunun nəticəsi olaraq, artıq AMİP-ə xarici bir təşkilatın göndərdiyi formal sədrin Ə.Orucovla razılaşaraq, ona müəyyən imtiyazlar verməyə razılıq verib.

Digər xəbərlər