PDF Oxu

Müxalifət

  • 5

Müsavatda qeyri-demokratik rejim yaranıb

Müsavatda qeyri-demokratik rejim yaranıb
Hər zaman çirkin əməlləri ilə gündəmdə qalmağa çalışan radikallar, bununla qürur hissi duyduqlarını bildirirlər. Əslində, səviyyəsi olmayan müxaliflərdən hər hansı bir xeyirli, düzgün əməl gözləməyə dəyməz. Azərbaycan müxalifəti artıq çirkaba bulaşıb.
Bunun da səbəbkarı Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, ADP sədri Sərdar Cəlaloğlu və digər müxalifət liderləridir. Hansı ki, bu "bəy"lər pula görə öz dövlətini, xalqını satmağa hazır olan şəxslərdir. Onlar üçün vətən, torpaq, millət anlayışı yoxdur. İ.Qəmbərovu, ALP-nin sədr əvəzi Əvəz Temirxanı, L.Hacıyevanı, S.Cəlaloğlunu yalnız pul və ya hansı yolla olursa-olsun, gündəmdə qalmaq məsələsi düşündürür. Onlar siyasətə siyasətlə məşğul olmaq üçün deyil, satqınçılıq, ikiüzlülük etmək üçün gəliblər. Yəni, onlar "siyasi biznes"lə məşğul olmağı qarşılarına məqsəd qoyublar. "Bəylər"in iç üzü hər kəsə bəllidir. Bununla onlar özləri-özlərini ifşa edirlər. Belə ki, üzdə biri-birlərinə dost deyən simasızlar, bir-birilərinin ayaqlarının altını qazmaqla məşğuldurlar. Əslində, heç buna ehtiyac da yoxdur. Xalq simasız "bəylər"i çoxdan tanıyır və onların hansı yuvanın quşu olduğunu gözəl bilir. Onların qısa müddətdə ölkəmizə rəhbərlik etdiyi dönəmdə respublikamızın nə vəziyyətdə olması heç kəsə sirr deyil.
Müxalifət düşərgəsinin ən savadsız, ən üzdəniraq şəxslərindən biri də, heç şübhəsiz ki, Müsavat başqanı İ.Qəmbərovdur. Başqanın bütün əməl və niyyətləri, eləcə də, "fəaliyyəti" millətimizin, ölkəmizin əleyhinə yönəlib. İ.Qəmbərov anti-Azərbaycan qüvvələrlə (sözsüz ki, burada əsas ermənilər nəzərdə tutulur) əməkdaşlıq etməyi öz "siyasi fəaliyyəti" və eləcə də, bunu özünə şərəf bilir. Hər zaman demokratiyadan danışan "bəy" rəhbərlik etdiyi partiyada diktatura rejimi yaradıb. Belə ki, o, Müsavatda olan bütün sturukturlara nəzarəti özü həyata keçirir. Yəni, İ.Qəmbərov partiya başqanı olmaqla yanaşı, həm də adıçəkilən partiyanın Divanına Ali Məclis sədri kimi rəhbərliyi özü edir. Sülhəddin Əkbərin Müsavatdakı fəaliyyəti isə formal xarakter daşıyır. Hətta partiya başqanı ömürlük Müsavat başqanı olmaq iddiasına düşdüyünü də gizlətməyib. Bu isə partiyadaxili qruplaşmaları daha da hərəkətə gətirib. Beləliklə, görəsən, hər zaman demokratiyadan danışan İ.Qəmbərovun demokratiya dediyi bumudur? Bu da Müsavat başqanının iç üzü.

Digər xəbərlər