İsa Qəmbərovun Türkiyəyə müəmmalı səfəri
Müxalifət düşərgəsinin anormal "bəy"ləri hər zaman qeyri-adi, daha dəqiqi çirkin əməlləri ilə yadda qalmaq istəyirlər. Sanki onlar belə əməllər törətməklə "siyasi dividend" qazanmaq istəyirlər. Sözsüz ki, bu, elə istək olaraq da qalır. Çünki çirkin əməllərin qurbanı elə AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva, ADP sədri Sərdar Cəlaloğlu, ALP-nin sədr əvəzi Əvəz Temirxan özləri olurlar. Bir məsələni də qeyd edək ki, adlarını çəkdiyimiz bu üzdəniraq "bəy" və "xanım"ların "fəaliyyəti" xalqın maraqlarına xidmət etmir. Onlar hər zaman öz şəxsi ambisiyaları naminə çalışır və öz maraqlarını düşünürlər. Hələ üstəlik də, utanmayaraq ki, özlərini siyasətçi adlandırırlar.
Artıq hər kəs onların iç üzünə bələddir. Hər bir ölkə vətəndaşı İ.Qəmbərov, Ə.Kərimov və bu tip radikal "bəy"lərin hansı əqidəyə, hansı mənsəbə xidmət etdiklərini gözəl bilir. Lakin hər zaman mənfur əməllər sahibi kimi tanınan radikallar özlərini beynəlxalq aləmə xalq təəssübkeşi, yazıq imicində təqdim etməyə çalışırlar ki, bununla bəlkə, nə isə əldə edə bildilər. Bir zamanlar satqınçılıq etməklə xarici ermənipərəst qüvvələrdən pul əldə edən "bəy"lər, artıq bu yardımdan da məhrum olublar. Belə ki, Müsavat başqanı İ.Qəmbərova, AXCP (i) sədri Ə.Kərimova, ADP sədri S.Cəlaloğluna, "MBH" lideri L.Hacıyevaya himayədarlıq edən Andres Herkel və digər ermənipərəst xarici cənablar, artıq bu "bəy" "xanım" tayfasının iç üzünə bələd olduqdan sonra radikallara "dayılıq" etməkdən imtina ediblər. Çarəsiz qalan "bəy"lər indi də ümidlərini xarici ölkələrə xarici səfərlərə bağlayıblar.
Belə ki, bir müddət öncə, Müsavat başqanı İ.Qəmbərovun Türkiyəyə müəmmalı səfəri təəccüb doğurdu. Yəni, başqanın adıçəkilən ölkəyə səfərində məqsədi nədir? Heç kəsə sirr deyil ki, İ. Qəmbərovun məlum səfəri, daha doğrusu, müəmmalı səfəri heç də xalqın marqlarına xidmət etmir. Belə ki, Müsavat başqanının Türkiyə səfərində bir neçə səbəb var. Bunlardan biri odur ki, başqan bununla "siyasi nüfuz" qazanmaq istəyir. Daha doğrusu, o, bununla digər radikal həmkarlarına öz "potensialını" göstərmək istəyir. Həmçinin, məlumata görə, İ. Qəmbərovun səfərində digər məqsəd isə, Türkiyədə çalışan erməni biznesmenlərlə əməkdaşlıq etməkdir. Müsavat başqanı bununla bağlı adıçəkilən ölkəyə ikinci səfərini reallaşdırdı.
Bu da özünü demokrat adlandıran İsa "bəy"in əməllərinin bariz nümunəsidir. Görəsən, İ. Qəmbərov və bu tip radikallar hansı çirkin əməlləri törədəcəklər. Çünki onlar ancaq bu cür əməllərlə məşğuldurlar.