PDF Oxu

Müxalifət

  • 13

Akif Şahbazov yoxa çıxıb Zəminə Dünyamalıyeva sədri tapan şəxsin mükafatlandırılacağını bəyan edib

Akif Şahbazov yoxa çıxıb Zəminə Dünyamalıyeva sədri tapan şəxsin mükafatlandırılacağını bəyan edib
A.Şahbazovun qoyun-quzu otardığını görə bilər."
Müxalifət düşərgəsində təmsil olunan partiyalar daxilində qarşıdurmalar özünün kulminasiya nöqtəsinə yüksəlməkdədir. Ekspertlərində iddia etdiklərinə görə, yaxın günlərdə bəzi müxalifət partiyaları, o cümlədən, "ACP", AMİP, ADP, AXCP (i), Müsavat və ALP fəaliyyətlərini dayandıracaq. Daha doğrusu, artıq AXCP (i) və "ACP" qeyri-rəsmi də olsa fəaliyyətlərini dayandırıb. Sadəcə, siyasətdə qalmaq azarı sədrləri rəsmən partiyaların buraxıldığını iddia etməkdən çəkindirir. Ancaq bəzi funksionerlər özlərində güc taparaq reallığı etiraf edirlər. Misal kimi AXCP (i) sədr müavini Nurəddin Məmmədlinin "əgər partiyanın iclasları keçirilmirsə, ölkədə gedən ictimai-siyasi proseslərdə görünmürüksə, deməli, AXCP (i) yoxdur" - deyə bildirməsini göstərmək olar. "ACP" liderinin müşviri Zəminə Dünyamalıyeva isə məsələni daha kəskin qoyub:"ACP" buraxılıb. Akif Şahbazov üzə çıxan kimi məsələ rəsmiləşəcək".
Z.Dünyamalıyeva onu da qeyd edib ki, "ACP"-çilər A.Şahbazovun tutularaq partiyanın qərargahına gətirilməsi üçün tədbirlərini davam etdirilir:"Yaxın dostlarımıza müraciət etmişik ki, A.Şahbazovun axtarışını gücləndirsinlər. Hətta nəzərdə tutmuşuq ki, A.Şahbazovu tapıb, gətirən şəxs mükafatlandırılsın".
"Mükafatın məbləğini demək mümkündürmi" sualına Z.Dünyamalıyeva "düşünürəm ki, narazı qalan olmayacaq" cavabını verib.
"Bəs polis orqanlarına niyə müraciət etmirsiniz" sualına isə Z. Dünyamalıyeva belə cavab verib: "Bu hüquqi deyil, mənəvi cinayətdir. Bizdə ikincini seçməklə, qarşıya qoyulan prinsipləri yerinə yetirmək istəyirik".
Maraqlıdır ki, "ACP" sədrinin müavini Fərəməz Cavadov A.Şahbazovun heç də qaçmadığını söyləyib:"A.Şahbazov məmur deyil ki, vəzifəsindən sui-istifadə edərək özünə var-dövlət əldə etsin və qaçsın. A.Şahbazov hazırda Biləsuvar rayonunda təsərrüfat işləri ilə məşğuldur. Qoyunçuluq və maldarlıq onun əsas gəlir mənbəyidir. Kimin buna şübhəsi varsa Biləsuvara gedib, dağ yamacında A.Şahbazovun qoyun-quzu otardığını görə bilər."

Digər xəbərlər