PDF Oxu

Müxalifət

  • 9

“Müxalifət partiyaları bir sədr və portfeldən ibarətdir”

“Müxalifət partiyaları bir sədr və portfeldən ibarətdir”

- Müxalifət düşərgəsində yenidən blok və qurumların yaradılmasına səylər göstərilir. "Azadlıq" bloku da bələdiyyə seçkilərinə hazırlaşır. Bu istiqamətdə sizin partiyanın bələdiyyə seçkiləri ilə bağlı tutacağı mövqe nədən ibarətdir?

- "VİP" bələdiyyə seçkilərində iştirak etmək fikrindədir. Təşkilatlara tapşırıqlar verilib ki, öz strukturlarına yenidən baxsın. Hansı üstünlüklərimiz, zəifliklərmiz varsa, onları götür-qoy edəcəyik. Çox ehtimal var ki, blok şəklində seçkilərə qatılaq.

- Sərdar Cəlaloğlunun iddalarına görə, "VİP" AXCP (i)-nin yedəyində gedən partiyadır. Əli Kərimov nə desə Əli Əliyev seçkilərə onun fikiri ilə qatılacaq...

- Hamısı yaxın münasibətdə olduğumuz insanlardır. Sərdar bəy, Əli bəy müttəfiqimizdir. Hesab etmirəm ki, bu gün siyasətçilərdən kimsə "VİP"-i kiminsə yedəyi hesab edə bilər. "VİP" haradan və necə yaranması Azərbaycan siyasətində yaxın tarixdir. "VİP" bir vaxtlar ən aparıcı partiya olan AMİP-in əsas vacib qüvavələrindən təşkil olunan partiyadır. Biz də heç kimin yedəyində getmirik, müstəqil partiya olaraq öz yolumuz var. Getdiyimiz yolda kiminsə yolu bizim yolun üstünə düşəcəksə birgə addımlayacığıq. Həmçinin, kiminsə partiya haqqında hansı fikir səsləndirməyinə o qədər əhəmiyyət vermirik.

- Razılaşırsınız ki, AXCP (i), xüsusilə, "Azadlıq" bloku olmasa "VİP" də olmaz?

- Bu, çox yanlış təsəvvürdür. "VİP" digər müxalifət partiyaları kimi bir sədr və bir portfeldən ibarət olan partiya deyil.

- "VİP" hansı bir fəaliyyəti ilə diqqətdədir?

- Müxalifətin hansısa ciddi fəaliyyət göstərə bilməməsi onun zəifliyidir.

- Razılaşırsınızmı ki, müxalifətin fəaliyyətsizliyi köhnə müxalifət liderlərindədir. Ona görə də, yeni qüvvələrin gəlməsinə ehtiyac varmı?

- Müəyyən dövrlərdə bəzi müxalifət lirderlərinin "fəaliyyəti" olub ki, Azərbaycan müxalifəti bu cür acınacaqlı vəziyyətə düşüb. Onlar vaxtında o səhvləri buraxıblar.

- Deyək ki, müxalifətin mitinqlər, aksiylar keçirməyə imkanları yoxdur. Bəs tədbirlər, konfranslar, birgə yığıncaqlar keçirməyə nə deyirsiniz?

- Bu sıradan Azərbaycan müxalifəti uçuruma doğru gedir.

- Eldar Namazov, Sərdar Cəlaloğlu, Pənah Hüseynov, Araz Əlizadə iddia edirlər ki, müxalifətin fəaliyyəsizliyinin əsas səbəbi onların xarici qüvvələrə maraq göstərməsidir...

- O fikri səsləndirənlərin özləri bu qüvvələrə xidmət göstərir və onlardan "nə isə" alır. Hesab edirəm ki, bu cəfəngiyyatdır, axmaq fikirlərdir.

Digər xəbərlər