PDF Oxu

Müxalifət

  • 9

Müxalifət funksionerləri öz liderlərinə inanmırlar

Müxalifət funksionerləri öz liderlərinə inanmırlar
Hazırda müxalifətin gündəmində bir neçə məsələ var. Bir-birini ittihametmə tendesiyası, seçki qanunvericiliyinə dəyişikliklər və birgə fəaliyyət problemi. Uzun müddət səy göstərilsə də, bu problemlərdən heç biri həll edilməyib.
Elə bu səbəbdəndir ki, müxalifət funksinerləri öz liderlərinə inanmırlar. Elə götürək ADP-ni. Bu gün demokratlar Rəsul Quliyevə nəinki inanmır, eyni zamanda, onun yeni yaratdığı "Açıq Cəmiyyət Partiyası"na Akif Şahbazovun sədr seçilməsinə də heyifslənirlər. Həmçinin, Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, ALP sədri Lalə Hacıyeva və digərləri də funksionerlərin sədr kimi tanımadıqları partiya rəhbərləridir. Məhz bu səbəbdən də, düşərgədə təmsil olunan funksionerlər müxalifət liderlərinin seçkilərdə qələbə qazanacaqlarına inanmırlar.
10 ilə yaxın ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyevin lideri olduğu "Açıq Cəmiyyət Partiyası" ("ACP") siyasi arenada olan müxalifət liderlərinin mətbuata verdiyi açıqlamalarında dönə-dönə qeyd edirlər ki, xalqın dəstəkləmədiyi müxalifət liderlərinin, bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də qələbə qazanacağına inanmırlar. "ACP" liderinin müşaviri Zəminə Dünyamalıyeva hesab edir ki, bütün seçkilərdə olduğu kimi, ötən prezident seçkilərində biabırçı uğursuzluğa düçar olan müxalifətin önə çıxması mümkünsüzdür: "Ölkədə keçirilən bütün seçkilərdə iştirak edən müxalifət liderləri öz missiyalarını həyata keçiriblər və artıq onların seçki missiyası bitib. Ümumiyyətlə, düşərgədəki indiki vəziyyət, əvvəlki illərdə olduğu kimi, bu il də müxalifətə uğurlu heç nə vəd etmir".
Bu yerdə bəzi məsələlərə aydınlıq gətirmək yerinə düşər. Qeyd edək ki, ötən prezident seçkilərində  hakim Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin namizədliyini irəli sürdü, xalq da bu seçimə "hə" dedi. Xalq Cəbhəsi, Liberal, "Vətəndaş və İnkişaf" partiyalarının birləşdiyi "Azadlıq" bloku isə seçki komissiyalarının tərkibi paritet əsasda formalaşmayacağı təqdirdə, seçkiləri boykot edəcəyini bildirdi. R.Quliyevin lideri olduğu "ACP" isə, hələlik, seçkidə iştirakla bağlı konkret qərar vermədi. Partiya R.Quliyevin gələn ilin birinci yarısına kimi ölkəyə qayıdacağına çalışacağını da açıqladı. Nəticəsi nə oldu? Bəlli olduğu kimi, eks-spiker R. Quliyev bir neçə dəfə qayıtmaq üçün uğursuz cəhd göstərərək özünü biabır edib.
"Klassik Xalq Cəbhəsi Partiyası"nın sədri Mirmahmud Fəttayev isə bildirdi ki, 20-dən çox müxalifət partiyasının bir araya gəlməsi AXCP (i), ADP, ALP və Müsavat partiyalarını qıcıqlandırmaq məqsədi daşıyır. M.Fəttayev "20-lər"in birliyinin bu dörd partiyanın narahatlığına səbəb olub: "Onlar bildirirlər ki, 20 partiyanın birliyinin perspektivinə inanmırlar, bu partiyaları "cırtdan" adlandırırlar. Amma özləri uzun illər saxta müxalifətçiliklə məşğul olaraq, əslində, hakimiyyətin möhkəmlənməsinə xidmət edib." 
Müsavat partiyasının funksioneri Arif Hacıyev isə verdiyi açıqlamasında "Azadlıq" siyasi blokunu perspektivsiz və sistemsiz qurum adlandırır: "Son vaxtlar "Azadlıq" siyasi bloku ətrafında baş verən siyasi proseslər bu blokun sistemsiz qurum olduğunu bir daha sübut etdi. Sözügedən blokun təsisçiləri təmsil olunduqları bu blok haqqında qeyri-nikbin bəyanatlar yaymaqdadırlar."
"Azadlıq" siyasi blokuna və onun gələcək perspektivlərinə, Müsavat partiyası funkioneri münasibət bildirməklə yanaşı, həmçinin, bu blokda olanları qeyri-sağlam düşüncəyə malik olduqlarını da bildirib: "Azadlıq" siyasi blokunun təsisçiləri  sağlam düşüncəyə malik deyillər. Bu baxımdan da, blokun perspektivinin olmadığı aydın görünür. Burada əsas səbələrdən biri partiyalararası ziddiyyətli münasibətlərdir. Ona görə də, Müsavat partiyası "Azadlıq" siyasi blokuna alternativ qüvvə kimi yanaşmaq niyyətində deyil".
A.Hacıyev onu da bildirir ki, "Azadlıq" siyasi blokunun Müsavat partiyası ilə konsensus yaratmağa daha çox ehtiyacları var: "Ehtimal etmək olar ki, "Azadlıq" siyasi bloku həm siyasi, həm də ideoloji formada tənzimləndikdən sonra, bu haqda hansısa fikirləri paylaşmaq olar. Ancaq düşünmək lazımdır ki, siyasi blok təfəkkürü bəzən ümumi müxalifətin zəiflədilməsində tendensiya kimi çıxış edir. Ona görə də, "Azadlıq" siyasi bloku və digər bloklar daha çox özləri ilə mübarizə aparır. Bu isə, hakimiyyətin xeyrinədir. Əslində, Yeni Azərbaycan Partiyasının yaranma və formalaşma tarixi, bütün bu proseslər bu gün siyasi partiyalar üçün örnək ola bilər. Bu, mənim subyektiv fikrimdir. Artıq bu fikir qəbul olunmalıdır ki, müxalifət partiyalarında ümumi əzginlik mövcuddur. Bütün bunların yaranmasında isə, müxalifətin böyük anlamda ciddi səhvləri var".
Müsavat funksioneri Azərbaycanda siyasi müxalifətlə maraqlı müxalifət anlayışlarının olduğunu dedi və qeyd edərək bildirdi ki, bu iki məfhum müxalifət tərəfindən bərabər səviyyədə dəyərləndirilir: "Hansı ki, ümumi müxalifət partiyalarının hakimiyyətə və onun siyasətinə münasibəti daxilən fərqlidir. Bu da, partiyaların vahid və sistemli fəaliyyətinin olmamasını ortaya qoyur. Bəzən hakimiyyəti günahlandıran müxalifət haqsız tələblər irəli sürür. Bu isə potoloji düşüncə tərzidir. Müxlifətin daha çox problemi daxili ziddiyyətlərlə bağlıdır. Bütün bunların gələcəkdə necə olması sualına isə konkret cavab vermək mənim üçün çətindir. Çünki müxalifət elə bir uğurlu iş görmür ki, onu əlində əsas kimi götürəsən. Həmişə pafoslu sözlər deyilir, nəticə isə biabırçılıqla bitir. Bədbəxtçilik də, elə bundadır. Belə olan halda, xalqı hansı işlərlə təəccübləndirəsən? Yenə də bir daha vurğulamaq istərdim ki, gec də olsa, müxalifət Yeni Azərbaycan Partiyasının təcrübəsini özünə örnək götürməlidir."

Digər xəbərlər