PDF Oxu

Müxalifət

  • 10

Rauf Arifoğlu İsa Qəmbərova qarşı mübarizəsini gücləndirib

Rauf Arifoğlu İsa Qəmbərova qarşı mübarizəsini gücləndirib
Müxalifət daxilində, o cümlədən, Müsavatda vəziyyət hələ də gərgin olmaqda davam edir. Satqınçılıq və digər çirkin əməllərinə görə, xalqın nifrət hədəfinə çevrilən radikallar, bir-birinə qarşı hücumlarından belə əl çəkmirlər. Belə çirkin olayların baş verdiyi partiyalardan biri də sözsüz ki, AXCP (i)-dir. Son zamanların prosesləri onu göstərir ki, Əli Kərimov partiyadaşlarının da nifrət hədəfinə çevrilib. Məhz bunun nəticəsidir ki, Ə. Kərimovun başçılıq etdiyi partiya artıq cırtdan quruma çevrilib.
Bundan əlavə, Əli bəy bir zamanlar dostum dediyi şəxsləri indi də özünün düşməni hesab edir. Bunların sırasında Müsavat başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva və digərləri də var. AXCP (i) sədri müxalifət daxilində baş verən proseslərdə öz həmkərlarını günahkar bilir və onlara qarşı ittihamlar irəli sürür.
Ən gərgin vəziyyət isə sözsüz ki, Müsavat daxilindədir. Adıçəkilən partiyada baş verən bu mürəkkəb durum uzun müddətdir ki, davam etməkdədir. Sözsüz ki, bütün bu problemlərin səbəbkarı Müsavat başqanı İ. Qəmbərovdur. Çünki, başqan hələ də idarəçilik bacarığına yiyələnməyib və bunun da nəticəsində o, partiyanı idarə edə bilmir. Maraqlıdır, görəsən, cırtdan bir partiyanı idarə edə bilməyən İ.Qəmbərov ölkəni necə idarə edə bilər?. Təbii ki, səriştəsiz, heç bir siyasi savada malik olmayan və satqınçılıqla pul əldə edən radikal bəylər heç zaman adi idarəyə belə rəhbərlik edə bilməzlər. Rauf Arifoğlu uzun müddədir ki, Müsavat başqanı İ.Qəmbərova qarşı mübarizə aparır. Hətta R. Arifoğlu müxalifət qəzetlərində də Müsavat başqanına qarşı kompaniya aparmağı adi hala çevirib. O, başqanını fəaliyyətsizlikdə ittiham edir. Bundan başqa, R. Arifoğlu Müsavat daxilində quruplaşmanın "təməlini" qoyanlardan biridir. Belə ki, o, partiya daxilində İ. Qəmbərova qarşı narazılıq yaradaraq, Müsavat başqanını partiya rəhbərliyindən uzaqlaşdırmaq və başqanla yanaşı, ona yaxın olan insanların adıçəkilən partiya ilə vidalaşmasına nail olmağa çalışır. Amma deyəsən, R. Arifoğlu bu niyyətinə artıq çatmaq üzrədir. Çünki proseslər İ.Qəmbərovun əleyhinə inkişaf etməkdədir.

Digər xəbərlər