PDF Oxu

Müxalifət

  • 9

Əvəz Temirxan: “Bugünkü müxalifətin uçuruma yuvarlanmasını söyləyənlər düz deyir”

Əvəz Temirxan: “Bugünkü müxalifətin uçuruma yuvarlanmasını söyləyənlər düz deyir”
"Son vaxtlar "Milli Birlik Hərəkatı"nın sədri Lalə Hacıyeva bir sıra müxalifət partiyalarının ittihamları ilə üzləşir. Həmin partiyaların rəhbərləri mənəviyyatsız və tərbiyəsizdirlər". Bu bəyanatla çıxış edən ALP rəsmisi Əvəz Temirxan bildirdi ki, həmin müxalifət partiyaları siyasi sifariş yerinə yetirir: "Cəmi üç-dörd nəfərdən və saralmış qovluqlardan ibarət olan bəzi müxalifət partiyaları yeni sifariş alaraq, kimlərisə ləkələmək istiqamətində kampaniyaya başlayıb. Həmin kurs heç bir etika və ailə tərbiyəsinə sığmayan ifadələrlə səciyyələnir.
Özlərini müxalifət adlandıran, əslində, müxalifətçiliyin nə olduğunu anlamayan bəzi "cırtdan" partiyalar kimlərinsə əmrləri ilə oturub-durur. Təəssüf ki, onlar siyasət terminini ləkə atmaq və mənəviyyatsızlıq kimi dərk edirlər. Məhz idarəolunan məxluqlar son vaxtlar bizə qarşı hücuma keçiblər. L.Hacıyevanın fikirləri ilə əksər müxalifət partiya sədrlərinin mövqeyi üst-üstə düşmür".
ALP funksionerinin qənaətincə, müxalifət partiyaları sədrlərinin hakimiyyət dairələrini bu və ya digər məsələlərdə ittiham etməsi qeyri-məntiqidir. Onun sözlərinə görə, hakimiyyət strukturlarının prinsipial məsələlərdə yekdil mövqeyi müxalif düşərgə nümayəndələrinə nümunə olmalıdır: "Təsəvvür edin ki, əksər müxalifət partiyaları iqtidar tərəfindən deyil, müttəfiqləri tərəfindən tənqid olunur. İqtidaryönlü mətbuat orqanlarında müxalifət partiyaları, demək olar ki, tənqid olunmur. Amma müxalifətin orqanları sayılan qəzetlərin səhifələrində onların bir-biriləri haqqında dediyi əxlaqsız ifadələrə rast gəlinir. Prezident seçkilərinə xeyli müddət qalsa da, artıq partiyalar arasında uçurumlar yaranıb. Kim "nüfuzlu partiya sədrini seçkilərdə dəstəkləyəcəksə, ona toxunulmur və haqqında tərifli yazılar dərc olunur. Amma kimlərinsə müstəqil siyasət yeridərək, onların sifarişini yerinə yetirməməsi, son nəticədə onlara qarşı böhtanlara səbəb olur" deyən ALP funksioneri ittihamlarla çıxış edən partiyaların adlarını açıqlamadı. Onun sözlərinə görə, adlarının çəkilməsi onların reklam olunması kimi qiymətləndirilə bilər.
Ə.Temirxanın bu fikrinə rəğbmən, bələdiyyə seçki ərəfəsində qondarma "Azadlıq" bloku daxilində kərgin münasibətlər yenidən kəskinləşməkdədir. Lakin blokun fəaliyyətnin gücləndirilməsi ilə bağlı hamıdan maraqlı Əli Kərimovun rəhbərlik etdiyi AXCP (i)-nin "islahatçılar" qanadı görünür. "İslahatçı" yetkililərin açıqlamaları aydınca göstərir ki, Ə.Kərimovun partiyası Müsavat və ADP-nin uğursuzluq zolağında olmasından yetərincə istifadə edib "ana müxalifət" iddiasından əl çəkmir.
ALP funksioneri onu da bildirir ki, "Yurd" şefi utanmadan bütün seçkilərdə İsa Qəmbərov, Etibar Məmmədov və Rəsul Quliyevin uğursuzluğa düçar olduqların utanmadan bəyan edir: "Gərək insan nə qədər həyasız ola ki, layiq olmadığın şeydən danışasan. Görünür, Ə.Kərimovda heç həya adlı bir şey yoxdur. Olsaydı, belə ... Deyilənlər onu sübut edir ki, Ə.Kərimov bütün bunlarla Müsavatın elektoratına sahiblənmək istəyir: "islahatçı"ların planında Müsavatdan qopmaların təşkil edilməsi də var. Müsavatdakı yeni qüvvələri rəhbərliyə qarşı aqressiv davranışa stimullaşdıran "islahatçılar" İ.Qəmbərovun partiyasının parçalanmasına zəmin hazırlayırlar".
Ə.Temurxan siyasi analitiklərin fikri ilə razılaşdığını bildirərək, onu da vurğulayıb ki, Müsavat Ə.Kərimovun yaratdığı təhlükədən qurtulmaq üçün "ölüm-dirim savaşına" qalxmalı, "islahatçılar"la köhnə ədavəti bərpa etməlidir. İctimai fikirdə "islahatçılar"ın yenidən "satqın", "xəyanətkar" obrazı yaradılmalıdır ki, Müsavat elektorat itkisindən yayına bilsin. Başını itirmiş Müsavat ideoloqları bunun öhdəsindən gələ biləcəklərmi? Çətin sualdır.

Digər xəbərlər