AMİP Etibar Məmmədova “yox” dedi
Müxalifətdə hələ də anormal proseslər davam etməkdədir. Anormal "bəylər"in bütün əməlləri isə yalnız xalqımızın, bütövlükdə isə, dövlətçiliyimizin əleyhinə yönəlib. AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov və b.-nın əməllərindən murdarlıq yağır. Allahın bədbəxt bəndələri olan radikallar, hələ də, haqqın yolunu tapa bilməyiblər. Yəni, haqsızların haqdan danışması və həmçinin, haqq yolunu tutmaları yalnız möcüzə ola bilər.
Avropalı cənabların 5-10 manat tulapayı ilə siyasi "fəaliyyət" göstərən radikal "bəylər", hər zaman qeyri-adi çirkin əməlləri ilə yadda qalmaqdadırlar. Ancaq bu cür yadda qalmaq hələ hər hansısa bir fəaliyyətdən xəbər vermir. Birincisi, baxır nə cür yadda qalmaq. İkincisi isə, radikal müxalifət hər zaman siyasətbazlıqları və çirkin əməlləri ilə özlərini gündəmdə saxlayır. Amma deyəsən, onların da erası bitir. Yəni, fəaliyyətsiz fəaliyyətləri sona çatmaq üzrədir. Xaricilər də "bəylər"ə qrant, necə deyərlər, "humanitar yardım" ayırmaqdan imtina ediblər.
Müxalifətdə olanlar satqınçılıq etməyə bir bəhanə tapmayıblar. Əslində, onlar hər zaman ağa qara deməyə vərdişkardırlar və bu yolla pul qazanırlar. Hərənin çörəyi bir işdən çıxır. "Bəylər"in də çörəyi isə satqınçılıqdan, böhtan atmaqdan çıxır. Onlar bu yolla pul əldə edirlər və xərcləyirlər. Əgər, düşünürsünüzsə, "bəylər" buna görə xəcalət çəkir, yox, əsla. Xəcalət çəkmək üçün gərək insanın üzündə su ola, adamın abır-həyası ola. Radikalların üzündə nə su var, nə də abır-həyaları var. Sanki onlar dünyaya satqınçılıq etmək, şər-böhtan atmaq üçün gəliblər.
AMİP də mənfi situasiyalardan geri qalmır. Adıçəkilən partiyada da hələ vəziyyət normallaşmayıb. Neçə müddətdir sədr problemini çözə bilməyən AMİP, Etibar Məmmədovdan tamamilə əllərini üzüb. Onsuz da E.Məmmədov lideri olduğu partiya ilə maraqlanmır. Lakin bir zaman o da yenidən AMİP sədri olmaq istədi, lakin partiya üzvləri E.Məmədova "yox" dedi.
Məlumata görə, partiyanın sədri postundan istefa verən Nazim İmanov yenidən AMİP sədrliyinə gətirilir. Düzdür, partiya funksionerləri bunu təkzib etsələr də, əslində, bu, doğru məlumatdır. Məlumatda, həmçinin, o da bildirilir ki, N.İmanov bir şərtlə AMİP sədri olacağını bildirib: E.Məmmədov adıçıkilən partiyanın liderliyindən istefa verməlidir. Beləliklə, AMİP-də bundan sonra nələrin baş verəcəyini gələcək proseslər göstərəcək.