PDF Oxu

Müxalifət

  • 9

İsa Qəmbərovun müəmmalı Türkiyə səfəri

İsa Qəmbərovun müəmmalı Türkiyə səfəri
Son zamanlar müxalifət düşərgəsində yaranmış olan pərakəndəlikdən istifadə edən bəzi partiya sədrləri buradakı mövcud vəziyyəti öz xeyirlərinə dəyişmək eşqinə düşüblər. Bu mənada da müxalifət düşərgəsində aktivləşmiş qurumların oynadığı rola nəzər salsaq, mənzərini daha aydın şəkildə sezmək olar. Digər maraqlı bir məqam isə ondan ibarətdir ki, müxalifətin məhz davamlı şəkildə belə durumlara düşməsində layiq olamayanlar, məhz fəallıqları ilə seçilirlər. Elə bu səbəbdən də Müsavat başqanı İsa Qəmbərovun son iki həfətdə sərgiləmək istəyində olduğu mövqelərə nəzər salsaq, yuxarıda sadaladığımız bütün prinsiplərə cavab tapmaq olar.
Başqanın davamlı şəkildə öz mənsub olduğu düşərgədə belə təqib və tənqidlərlə üzləşməsi, onun daha minimal variantla vəziyyətdən çıxış yolu axtarmasına səbəb olub. Bu səbəbdən də İ.Qəmbərov ahıl yaşında əlini-qolunu çırmalayıb yenidən "işə" başlayıb. Onun bu "iş"inin isə nədən ibarət olması yenə də sual altındadır.
Bir qədər keçmişə nəzər salsaq, İ.Qəmbərovun və onun timsalında olanların 1990-cı illərin əvvələrində hakimiyyətdə olduqları dövrdə necə fəaliyyət göstərmələri, bu gün onların görünən və görünməyən sifətlərini tam aydın formada cəmiyyət təqdim edir. Qəribəsi isə ondan ibarətdir ki, heç vaxt doğru bir ifadə işlətməyi bacarmayan İ.Qəmbərov, yenə də, cəmiyyətin gözünə yalan danışmaqdan utanmır. Onun belə bir unutmazlıq sindromuna düçar olmasının isə səbəblərini tamamilə başqa mətləblərdə axtarmaq lazımdır. Çünki azərbaycanlı və Azərbaycan türkü abır-həyanı hər şeydən üstün tutur. Belələrinin isə nə abırdan, nə də ki, həyadan xəbərləri yoxdur.
Müsavat başqanı yenidən özünün keçmiş oyunlarından uzaqlaşmayaraq, çirkin əməllərlə pul qazanıb, gündəmdə qalmağa çalışır. Elə, İ.Qəmbərovun Türkiyəyə müəmmalı formada səfəri və oarada kimlərlə görüşüb-görüşməyəcəyi barədə fikirlər də məsələnin hansı istiqamətdə cərəyan etməsindən xəbər verir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda isə, İ.Qəmbərovun keçmiş əməkdaşlıq etdikləri PKK görüşləri də nəzərdə tutulub. Digər bir məlumat isə, Müsavat başqanının Türkiyədə fəaliyyət göstərən müxtəlif missioner təşkilatlarla qarşılıqlı anlaşmalar əldə etməsindən bəhs edir. Uzun müddət əlləri hər yerdən üzülmüş bu tiplərin yenidən belə oyunlara girməsi elə gözlənilən və olacaq işlərdən sayılır. Çünki belələrindən başqa bir iş gözləmək və ya ummaq olmaz. Pula daha çox ehtiyac duyduğunu açıq şəkildə bildirən İ.Qəmbərov dövlətimiz və xalqımızın əleyhinə istənilən çirkin oyuna girməyə hazır olduğu bu dəfə daha açıq formada ortaya qoydu.

Digər xəbərlər